İsmayıllıda Zəfər Forumu keçirilib
İsmayıllıda Zəfər Forumu keçirilib
Yusif Nəzərli
12:30 31.10.2022
Cəmiyyət
312
Biləsuvardan start götürən Zəfər Forumunun növbəti ünvanı oktyabrın 31-də İsmayıllı rayonu olub.
"Report”un yerli bürosunun xəbərinə görə, İsmayıllı, Şamaxı, Ağdaş, Ağsu, Göyçay, Qobustan, Ucar, Qəbələ, Şəki, Qax, Zaqatala,
Balakən və Oğuz rayonlarının iştirakı ilə keçirilən Zəfər Forumu İsmayıllı rayon Mədəniyyət Mərkəzində təşkil edilib.
Forumda Prezident Administrasiyasının məsul əməkdaşları, Müdafiə Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının rəsmiləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, Azərbaycan Ordusunun hərbi qulluqçuları, qeyri-hökumət təşkilatlarının, eləcə də ictimaiyyətin nümayəndələri fəal iştirak ediblər.
Qonaqlar tədbirdən öncə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, Şəhidlər xiyabanını ziyarət ediblər.
Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, müharibə və Silahlı Qüvvələr veteranı, Zəfər paradının ssenari müəllifi və aparıcısı polkovnik Abdulla Qurbaninin moderatorluq etdiyi tədbirdə ənənəvi olaraq görkəmli dövlət xadimi Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov forum iştirakçılarını salamlayıb. O bildirib ki, Vətən müharibəsində Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” çağırışına qoşularaq rəşadətli Azərbaycan Ordusuna həmrəyliklərini nümayiş etdirən İsmayıllı sakinləri həm ön, həm arxa cəbhədə öz vətəndaşlıq borclarını yerinə yetirərək sona kimi Ali Baş Komandana dayaq olublar. Xalqımızın şanlı qələbəsi ilə yekunlaşan müharibə dövründə İsmayıllı sakinləri orduya dəstək aksiyaları keçirərək yardım karvanı yollayıblar. Məhz bu həmrəyliyin, milli birliyin nəticəsində Azərbaycan xalqı “dəmir yumruq” kimi birləşib və düşmən üzərində qələbə qazanıb.
Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev 44 gün davam edən Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən danışıb. O qeyd edib ki, bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər birimiz bundan sonra da Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşməklə bütün gələcək uğurlarımızın şahidi olacağıq. Bu danılmaz həqiqətdir ki, Prezident seçildiyi ilk gündən İlham Əliyev Azərbaycanın işğalla barışmayacağını dəfələrlə bəyan edib və vədinə sadiq qalaraq xalqımızı qalib xalqa çevirib, bütün dünyaya Azərbaycan Ordusunun gücünü göstərib.
İsmayıllı, Şamaxı, Ağdaş, Ağsu, Göyçay, Qobustan, Ucar, Qəbələ, Şəki, Qax, Zaqatala, Balakən və Oğuz rayonlarından olan şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və müvafiq qurumların nümayəndələri çıxış edərək Müzəffər Ali Baş Komandanın Azərbaycan naminə əmrlərinə hər an hazır olduqlarını bəyan ediblər.
Forum iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilib, xalqımıza Zəfər sevincini yaşatdığına görə dərin ehtiram ifadə olunub.
Tədbir iştirakçıları Əməkdar artist, polkovnik-leytenant Cahangir Qurbanovun rəhbərlik etdiyi Həzi Aslanov adına Ordu İdeoloji İş və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin iştirakı ilə hərbi marş və vətənpərvərlik mahnılarını alqışlarla qarşılayıblar.
Nümayəndə heyətlərinə Müdafiə Nazirliyinin adından A.Qurbaninin “Böyük gələcəyə baxış” və “Vətən müharibəsi şəhidləri” adlı kitabları hədiyyə edilib.
Qeyd edək ki, növbəti forumlar Sabirabad və Bakıda keçiriləcək.
14:48
Prezident Administrasiyasının (PA) dəstəyi, Müdafiə Nazirliyi və İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə İsmayıllı rayonunda Zəfər Forumu keçirilir.
“Report” xəbər verir ki, İsmayıllı, Şamaxı, Ağdaş, Ağsu, Göyçay, Qobustan, Ucar, Qəbələ, Şəki, Qax, Zaqatala, Balakən və Oğuz rayonlarının iştirakı ilə keçirilən Zəfər Forumu İsmayıllı rayon Mədəniyyət Mərkəzində təşkil edilib.
Forumda Prezident Administrasiyasının məsul əməkdaşları, Müdafiə Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının rəsmiləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, Azərbaycan Ordusunun hərbi qulluqçuları, qeyri-hökumət təşkilatlarının, eləcə də ictimaiyyətin nümayəndələri fəal iştirak ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var - YENİLƏNİB
13:08 30.09.2026
Hadisə
Çexiya Rusiya ilə müharibəyə hazırdır
12:35 30.09.2026
Dünya
Bəzi işçilər gəlir vergisindən azad ediləcək
12:34 30.09.2026
Aktual
Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çıxa bilər
12:30 30.09.2026
Gündəm
Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır
12:27 30.09.2026
Gündəm
“Yuventus” artıq İrəvandadır: İtaliya nəhəngi futbol filialı açdı
12:15 30.09.2026
Futbol
Bu ölkədə Azərbaycan dili tədris olunacaq
11:33 30.09.2026
Elm və Təhsil
Parlament Anım günü ilə bağlı bəyanat qəbul etdi
11:24 30.09.2026
Gündəm
Avropa İttifaqı Gürcüstanın ATƏT sədri olmasına qarşıdır
11:17 30.09.2026
Gündəm
ABŞ və Rusiya Şimali Koreyanın nüvə statusunda eyni mövqedədir
11:02 30.09.2026
Dünya
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
10:54 30.09.2026
Gündəm
Moldovada PUA partlayıb
10:51 30.09.2026
Dünya
BDYPİ sürücülərə çağırış etdi
10:37 30.09.2026
Cəmiyyət
"Mançester Siti" 9 mövsüm qaydaları pozub - RƏSMİ
10:14 30.09.2026
Futbol
Rusiya Kiyevə hücum edib, iki nəfər ölüb
10:09 30.09.2026
Dünya