Keçmiş deputatdan AKSİYA !- Xaricdəki soydaşlarımızın hüquqları müdafiə olunacaq
Banuçiçək Kalbalıyeva
12:48 24.12.2020
Cəmiyyət
556
“Məqsəd Rusiya ərazisində yol hadisəsi nəticəsində həlak olmuş Azərbaycan vətəndaşlarının haqqını Rusiyada bərpa etməkdir”
“Eyni zamanda kompensasiyanı da alıb mərhumun varislərinə çatdıracağıq"
“İctimaiyyətimizdən, oxuculardan da xahiş edirəm ki, belə adamların tapılmasında bizə yardımçı olsunlar”
“Bizim yaratdığımız "Bəydəmirli Xeyriyyə Fondu" bu gündən bir aksiyaya start verir. Məqsəd Rusiya ərazisində yol hadisəsi nəticəsində həlak olmuş Azərbaycan Respublikasının vətəndaşlarının haqqını Rusiyada bərpa etmək və kompensasiyanı alıb varislərinə çatdırmaqdır.”
Bu sözləri keçmiş millət vəkili, iqtisadçı-ekspert Nazim Bəydəmirli özünün “Facebook” hesabında yazıb. O, bildirib ki, həmin şəxslərə təmannasız yardımçı olmağa hazırdır:
“Belə hadisələr nəticəsində qohumunu itirmiş şəxslər mənə birbaşa müraciət etsinlər və biz təmənnasız onlara haqqlarına qovuşmalarını təmin edək...İndi 3 nəfərin adını yazıram, bunları tanıyanlar varsa əlaqə yaratmalarını xahiş edirəm”.
Təşəbbüs barədə daha ətraflı “Sherg.az”a danışan N.Bəydəmirli ideyanın necə yaranmasından söz açdı:
“Məlum olduğu kimi, hər Rusiyaya Azərbaycandan xeyli sayda soydaşımız iş tapmaq ümidi ilə gedir. Yəni onlar işçi-miqrant kimi yaşayırlar. Şimal qonşumuzda təxminən iki milyona yaxın azərbaycanlı yaşayır.
Hər il onların müəyyən hissəsi bu və ya digər səbəbdən, o cümlədən avtomobil qəzaları ucbatından vəfat edirlər. Belə hadisələr tez-tez olur. Hətta bəzən mikroavtobus qəzaya uğrayır və nəticədə 4-5 adam eyni anda dünyasını dəyişir. Ardınca varisləri kompensasiya məsələsini qaldırırlar.
Bizim orada yaşayan, hazırda hüquq firmalarından birinin rəhbəri kimi çalışan bir soydaşımız məhz bu işlərlə, yəni sığorta şirkətlərindən kompensasiyanı alıb-verməklə məşğul olur. O, mənə müraciət etdi. Beləliklə, qərara gəldik ki, həm Rusiyada, həm də Azərbaycanda müvafiq xərclər məhz bizim xeyriyyə fondu hesabına qarşılansın. Bura notariat, dəftərxana və başqa xərclər daxildir”.
N.Bəydəmirli, həmçinin bunun əhəmiyyətini də izah etdi:
“Həmin adam mənə dedi ki, bir iş üçün təxminən 250.000 rubl lazım gəlir. Və bir neçə zərərçəkmişin adını göndərdi. Bilirsiz, bizim Rusiyada yaşayan soydaşımızların çoxu heç də varlı deyillər. Əks halda vətənlərini tərk etməyə məcbur qalmazdılar. Onların vəkil tutmağa, hüquqlarının müdafiəsi ilə məşğul olmağa imkanları yoxdur.
Yəni biz xaricdə yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsi ilə məşğul oluruq. İctimaiyyətimizdən, oxuculardan da xahiş edirəm ki, belə adamların tapılmasında bizə yardımçı olsunlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağ Ev Pentaqona İrana zərbələrlə bağlı tapşırıq verdi
02:46 08.10.2026
Son dəqiqə
Tramp FTB-ni həyat yoldaşı və oğlunu izləməkdə ittiham edib
01:21 08.10.2026
Aktual
Qətər sahillərində tankerə zərbə endirildi
00:59 08.10.2026
Gündəm
KİV: İran və ABŞ arasında vasitəçilik səyləri dalana dirənib
00:20 08.10.2026
Aktual
Əgər mənə Nobel mükafatını verməsələr... - Tramp
22:39 07.10.2026
Dünya
Şirvanda 18 yaşlı gənc bıçaqlanıb
22:02 07.10.2026
Hadisə
Sabunçuda hərəkət qismən məhdudlaşdırılacaq
21:37 07.10.2026
Cəmiyyət
Litva Kalininqrad sərhədinə ordu yerləşdirmək istəyir
21:20 07.10.2026
Dünya
Lerikdə iki yol qəzası olub, xəsarət alanlar var
20:40 07.10.2026
Hadisə
Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi
20:31 07.10.2026
Sosial
Prezident Messidən danışdı: İnanılmazdır!
20:23 07.10.2026
Futbol
Zelim Tçkayev: Rəqibim güclü idi, heç bir bəhanə yoxdur
20:12 07.10.2026
İdman
Rusiya Çerniqova hücum etdi: 18 ölü, 55 yaralı
20:04 07.10.2026
Gündəm
Ukrayna beş fərqli atəşkəs formatı üzərində işləyir
19:40 07.10.2026
Dünya
Messidən sonra Argentina millisində 10 nömrə üçün 3 namizəd
19:33 07.10.2026
Futbol