Kəşfiyyatçı-qazi: “Düşmən artilleriya ilə əks-hücuma keçdi və biz...”
Banuçiçək Kalbalıyeva
11:39 02.02.2021
Cəmiyyət
883
Bir dəfə bir müəllimimdən eşitmişdim ki, tarixi şəxsiyyətlər lazımi vaxtda lazımi yerdə olmağı bacaranlardırlar. Yəni eyni ilə Vətən müharibəsinin döyüşçüləri kimi. Onlar doğma torpağın çağırışına cavab verməyə gecikmədilər. Və savaşın ilk günlərindən etibarən sinələrini sipər etdilər. Həmin igidlərdən biri də 1993-cü il mayın 28-də Bakıda anadan olan Ruslan Cəfərovdur. O, orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. İndi ailəlidir və bir övladı var. Lakin, Vətənin dar günündə evdə qala bilməyib. Ruslan bəy kəşfiyyatçı vəzifəsində siravi əsgər kimi İkinci Qarabağ savaşında iştirak edib.
O, bu barədə daha ətraflı “Sherg.az”a açıqlama verib:
“Cəbrayıl, Füzuli, Xocavənd istiqamətlərində döyüşdüm. Kəşfiyyatçı bölüyündə olduğuma görə çox çətinliklər gördüm.
Ön cəbhədə mübarizə aparırdıq. Ən ağır əməliyyatlar Hadrutda oldu.
Oktyabrın 17-də aldığımız xəbərə görə düşmən on maşına yaxın şəxsi heyət və artilleriya ilə yüksəkliklərdən birinə əks-hücuma hazırlaşırdı.
Əslində düşmənin şəxsi heyəti bizdən çox idi. Amma yüksəkliyə nəzarət vəziyyəti xeyrimizə dəyişdi. Ermənilər həmin gün günorta 12-1 arası hücuma keçdilər. Artilleriyadan istifadə etmələri bizə çətinlik yaradırdı.
Döyüş zamanı minamyotun zərbəsi məni iki metr uzağa tulladı. Boğaz və əlimdən qəlpə yarası aldım. Yaralanmağıma baxmayaraq, döyüş yoldaşlarıma kömək edirdim.
Çox ağır döyüşlərdə iştirak etsək də, yüksəkliyə nəzarəti itirmədik. Əksinə, düşmən xeyli itki verdi. Həmin gün gecə hospital yerləşdirildim və sonra ordudan tərxis edildim” .
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya