"Kim deyir ki, karantin əbədidir?" - Psixoloq
Banuçiçək Kalbalıyeva
09:15 19.07.2020
Cəmiyyət
912
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə karantin rejimi yenə də uzadılıb. Belə ki, sərtləşdirilmiş xüsusi karantin rejimi avqustun 5-nə qədər davam edəcək. Bu, o deməkdir ki, hələ tibbi maska ilə gəzəsi, sosial məsafəni qoruyası olacağıq.
Əlbəttə, vrilən qərar insanların sağlamlığına hesablanıb. Amma karantin qaydaları həm də bir çoxu üçün psixoloji cəhətdən gərginlik yaradır.
Bu barədə "Sherg.az"a danışan uzman psixoloq, hazırda Türkiyədə yaşayan soydaşımız Gülnarə Muxtarovanın sözlərinə görə, indiki məqamda ən yaxşı çıxış yolu böhranı fürsətə çevirməkdir:
"Son beş aydır bütün dünya, o cümlədən Azərbaycan Covid-19 pandemiyası ilə mübarizə aparır. Bu mübarizənin böyük bir qismini isə karantin qaydalarına tabe olmaq, evdə qalmaq və sosial məsafəni qorumaq təşkil edir. Eyni zamanda karantin rejiminin uzadılması insanlar üçün daha çox psixoloji və fizioloji olaraq stressə səbəb olmaqdadır. İnsanları ən çox narahat edən sual karantin rejiminin nə qədər davam edəcəyidir. Həmçinin evdə ediləcək məşğuliyyət tapa bilməmək, xəstəliyə yoluxma və ya yoluxdurma qorxusu da bizi narahat edir. Yaranmış vəziyyətdə psixoloji sağlamlığımızı qorumaq və ən az zərərlə çıxmaq üçün özünə yardım metodları tətbiq etmək faydalı olar. İnsanları ən çox narahat edən, stress yaradan fikirlərdən biri də tam bəlli olmayan bu durumun özü ilə bərabər gətirdiyi məşğuliyyətsizlikdir. Amma iyirmi dörd saat zamanımız olduğunuz nəzərə alaraq, bir çox təxirə salınmış işlərimiz üçün bunu fürsət olaraq dəyərləndirə bilərik. Əlbəttə, aydın məsələdir ki, heç nə etmədən oturub karantin rejiminin bitməyini gözləmək bizə nəsə qazandırmayacaq. Həm də zamanı tutub saxlaya bilmədiyimiz üçün biz özümüzü bu duruma uyğunlaşdırmalıyıq. İnsanlarla, yaxın çevrəmizlə, tanışlarımızla da ünsiyyəti kəsməmək, hətta daha çox xəbərləşmək psixoloji olaraq yaxşı hiss etməyimizə səbəb olacaq. Karantindən əvvəl gördüyümüz işləri karantin müddətində də davam etdirmək və karantindən sonrakı müddət üçün planlar hazırlamaq müsbət effekt verəcək. Kim deyir ki, karantin əbədidir?"
Psixoloq, həmçinin son günlər Tovuz istiqamətində baş verən hadisələrin psixologiyamıza təsiri barədə də danışıb:
"Ölkədə baş verənlər, o cümlədən döyüşlər də insanlara psixoloji olaraq təsir etməkdədir. Vəziyyətlə bağlı yayılan xəbərlər adamlarda qorxu, narahatlıq və panika ilə müşayət olunur. Nəticədə ümumi gərginlik artır. Gərək neqativ xəbərlərdən, xüsusilə dezinformasiyalardan mümkün qədər uzaq qalaq. Bu, ən yaxşı çıxış yoludur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
13:52 03.11.2026
Cəmiyyət
Mobil telefonlar da POS-terminal sayılacaq
13:45 03.11.2026
İqtisadiyyat