Könül Nurullayeva: “Aprel zəfəri Böyük Qələbəyə aparan yol idi”
Fidan Həmişəyeva
11:54 02.04.2021
Cəmiyyət
523
"Şanlı aprel zəfərindən 5 il ötür. Azərbaycan hələ 5 il əvvəl düşmənə öz yerini göstərərək, böyük qələbənin qısa zamanda bizimlə olacağının anonsunu vermişdi. Aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan Ordusu istənilən vaxtda Böyük Qələbəni qazanmağa qadirdir. Həqiqətən də 4 günlük döyüşlərdə hərbi sahədə qazanılan uğurlar, azad olunan strateji yüksəkliklər Azərbaycanın mövqelərini daha da gücləndirdi. Lələtəpədə ucalan Azərbaycan bayrağının qısa vaxtda Şuşada dalğalanacağına əminlik artdı. Eyni zamanda Cocuq Mərcanlı Böyük Qayıdışın başlanğıcı oldu. Azərbaycan xalqı əmin idi ki, böyük qayıdış qısa müddətdə baş tutacaq. Aprel zəfəri insanların əzmini, ümidini özünə qaytardı.
Bu barədə "Sherg.az"a millət vəkili Könül Nurullayeva bildirib. Xanım parlamentari qeyd edib ki, 2016- cı ilin aprel döyüşləri 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri baş verən ən şiddətli döyüşlərdən biri idi:
"Bu döyüşlər də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq həyata keçirildi. Qısa müddətdə qazanılan qələbə Prezident, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən diplomatiyasının, uğurlu daxili və xarici siyasətinin, eyni zamanda ordu quruculuğu siyasətinin nəticəsi idi. Dünyanın 50 ən güclü ordusundan biri regionda öz nüfuzunu daha da möhkəmləndirdi.
Bu döyüşlər həm də Ermənistan Ordusu barədə illərdir formalaşan mifi də darmadağın etdi. Düşmənin 25 ilə qurub yaratdığı müdafiə səddi cəmi bir neçə saata yarıldı.
Əks hücum əmri veriləndən qısa müddət sonra artıq strateji əhəmiyyətə malik Lələtəpə yüksəkliyi azad olunmuşdu. Döyüşlərdə iştirak edən hərbçilərimizin söylədiklərindən də aydın olur ki, erməni polkovnikləri öz yaralı əsgərlərini postlarda qoyub qaçırmışlar. Bu, həm də şəxsi heyətin mənəvi-psixoloji hazırlığını qiymətləndirməyə imkan verir. Azərbayca əsgəri hər zaman döyüşə hazır olub. Çünki öz ərazilərimizi azad etmək üçün döyüşürdü. Qarşı tərəf isə özgə torpağında idi və burada müvəqqəti olduğunu, gec-tez bu ərazilərdən rədd ediləcəyini yaxşı dərk edirdi".
Eyni zamanda K.Nurullayeva diqqətə çatdırıb ki, Azərbaycan Ordusunun ilbəil artan hazırlıq səviyyəsi düşməni vahiməyə salırdı:
"Məhz aprel döyüşləri hansı ordunun yenilməz olduğunu göstərdi. Ali Baş Komandan İlham Əliyevin də söylədiyi kimi, işğal edilmiş torpaqlarda, Qarabağda elə bir hərbi hədəf yoxdur ki, bu gün biz onu məhv edə bilməyək. Bunu aprel döyüşləri də, 44 günlük Vətən Müharibəsi də bir daha təsdiqlədi. Şanlı Azərbaycan Ordusu düşmənin bütün hədəflərini məhv edərək böyük qələbəyə imza atdı.
Bu gün biz Aprel zəfərini qurur hissi ilə anırıq. Həm də ona görə ki, aprel döyüşlərində şəhid olan qəhrəmanlarımızın da qisasını aldıq. Böyük əzmkarlıqla düşmənə qarşı mübarizə aparan və ərazi bütövlüyümüz uğrunda canından keçən aprel şəhidlərimiz gənc nəsillər üçün də əsl qəhrəmanlıq nümunəsi sərgilədilər.
Həmin gənc nəsil 2020-ci il 44 günlük Vətən Müharibəsində düşməni məhv edərək tarix yazdı. Aprel döyüşlərində başlanan əməliyyatları sona çatdırdı".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət