Kürdəmirə içməli suyun verilişi bərpa olundu
18:00 25.11.2023
Cəmiyyət
709
Kürdəmirə içməli suyun verilişi bərpa olunub.
Sherg.az-ın "Report"a istinadla verdiyi xəbərə görə, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin ərazi üzrə sahə rəisi Arzu Şahbazov bildirib.
O, qeyd edib ki, noyabrının 24-də rayonun Toipalhəsənli kəndində Külüllü-Kürdəmir magistral su xəttinin 29-cu km-də 500 millimetrlik borunun 7 metrlik hissəsinin partlayıb. Bunun nəticəsində isə Kürdəmir ərazisinə və rayona yaxın 12 kəndə içməli suyun verilməsi dayandırılmışdı. Qəzanın aradan qaldırılması üçün idarənin texnikası və şəxsi heyəti əraziyə cəlb olunub. Görülən işlərlə zədələnmiş boru yenisi ilə əvəzlənib və qısa zamanda təmir bərpa işləri başa çatdırılıb.
Axşam saatlarından etibarən rayon ərazisinə içməli suyun verilişi bərpa olunub.
Qeyd edək ki, Külüllü-Kürdəmir magistral su xətti 2011-ci ildə dövlət vəsaiti hesabına "Azərsu" ASC tərəfindən inşa olunub və kəmər rayonun 8 222 abonentinə xidmət göstərir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
16:50 22.10.2026
Sağlamlıq
Məhkəmə Kamran Əsədov və Gündüz Abbasova xəbərdarlıq edib
15:56 22.10.2026
Hadisə
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
15:33 22.10.2026
Dünya
Fransada etiraz aksiyaları qadağan ediləcək
15:17 22.10.2026
Dünya
Brüsseldə mühüm danışıqlar: Azərbaycan Avropadan nə gözləyir?
15:11 22.10.2026
Gündəm
Güzgüdəki mən niyə özünüzdən fərqli görünür?
14:45 22.10.2026
Sağlamlıq
Yeddi ölkənin xarici işlər naziri İrana görə Türkiyədə toplanır
14:37 22.10.2026
Dünya
Şamonda virusundan ilk insan ölümü qeydə alındı
14:35 22.10.2026
Dünya
Yeni müharibənin anonsu verildi - Ordu İrana yaxınlaşır
14:06 22.10.2026
Gündəm
Türkiyə-Azərbaycan münasibətləri öz gücünü qoruyur -ŞƏRH
13:59 22.10.2026
Siyasət
“Walla”: İranla müharibə ehtimalı artır
13:28 22.10.2026
Dünya
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
13:26 22.10.2026
Dünya