Lalə Azərtaş: "Qazın bahalaşmasına qəti qarşıyam"
Yusif Sultanoğlu
15:30 02.07.2021
Cəmiyyət
464
“Sosial şəbəkələrdə gündəmi mənim təhrif olunmuş çıxışım zəbt edir. Böyük təəccüb və təəssüf içindəyəm. Nəyə görə? Qara PR-ı başa düşdüm. Bundan qazanırsınız, reytinq əldə edirsiniz və sair. Niyə bir xanımın çıxışının əvvəlini və axırını kəsib, ortadakı cümləni-mürəbbə məsələsini fərqli başlıqla insanlara “yedizdirməyə” çalışdınız? Ağzınız şirin oldumu? Çətin!”
“Sherg.az” xəbər verir ki, bu sözləri aparıcı Lalə Azərtaş İnstaqramda paylaşdığı videoda söyləyib. O, açıqlamasına bunları da əlavə edib:
“Təəssüflənirəm ki, insanlar sona qədər qulaq asmadan, səs tonumdakı ehyamı, sarkazmı tutmadan, son dediyim qiymət artımına qəti qarşıyam sözünü eşitmədən telefonlarını əllərinə alıb yazmağa başladılar. İndi məndə bir rahatlıq və sevinc hissi var. Mənim qazi qardaşlarım, bacınız sizə qurban. Fərqli formada dəstək nümayiş etdirdilər. Həmçinin şəhid ailələri , qızım, yanındayıq, sən bizimlə olduğun kimi, dedilər. Əllərinizdən öpürəm. Bu, mənim peşə borcumdur. Biz mavi ekrana həqiqətləri səsləndirmək üçün çıxırıq. Bəs siz özünüz yazırdınız ki, necə gözəl yerində suallar verib, bizim adımızdan danışırsınız. Axı sevdiklərimizi müdafiə etməyi bacarırıq. Diqqətlə qulaq assanız, orda nəyi necə dediyimi biləcəksiniz. Mən sizi sevirəm. Bu yolu dəyişən deyiləm. Bundan sonra da verilişlərdə mövqeyimizi görəcəksiniz. Dünən də görənlər, görmək istəyənlər gördülər. Sizi sevirəm. Mən də həmin qazdan işlədirəm. Bu pul mənim kimi sizin də cibinizdən çıxacaq. Artıq bu məqamlara toxunmuram. Diqqətlə izləyin hər şey sizə aydın olacaq. Çünki siz ağı qaradan seçən, gözü tərəzi olan insanlarsınız”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya
"Space" TV-nin yeni rəhbəri: Hədəfimiz böyükdür
21:30 04.05.2026
Gündəm