
Marketoloq: "Bilik Günü'' gül və hədiyyələrin bahalaşması bazarın tələbinə uyğundur
11:04 04.09.2024
Cəmiyyət
755
15 sentyabr - "Bilik Günü" münasibətilə övladı birinci sinfə gedən valideynlər tort və gül sifarişləri üçün daha çox canfəşanlıq edirlər.
Xüsusi dizaynda, bilik gününə özəl hazırlanan tortların dadı şirin olsa da, qiymətləri əl yandırır. Öncədən gül buketi sifariş vermək isə müşkülə çevrilib.
Satıcıların sözlərinə görə, "Bilik Günü"nə özəl tortların qiyməti 40-43 manatdan başlayır. Üzərində xüsusi bəzəkləri olan tortların qiyməti isə 150 manatdan yuxarı hesablanır. İqtisadçılar deyirlər ki, hər yeni tədris ilində süni artım müşahidə edilir. Bahalaşmaya səbəb isə elə məhz valideynlərin özləridir.
İqtisadçı Fuad İbrahimov bildirib ki, sinifdə olan 20 şagirdin müəllimə gül gətirməyi anormal haldır:
"Gözəllik bir həftə sonra tullantı olursa, bu, israfçılıqdan başqa bir şey deyil".
Marketoloq Nicat Manafov “Sherg.az”a söyləyib ki, gül və hədiyyə sektorunda mağazalar bir neçə özəl gün üçün işləyirlər:

''Yəni,onlarda il boyu iş olmur. Bu səbəbdən sahibkarlar işləmədikləri günlərdəki ziyanı özəl vaxtlarda çıxarırlar. Məsələn, 1 gülün dəyəri 4 manatdırsa, satılmadıqda solur və mağaza sahibi ziyana düşür. Özəl tarixlərdə isə gülə, hədiyəyə tələb çoxalır. Bu zaman məhv olan güllərin qiymətini də hesablayaraq yeni qiymət formalaşdırırlar. Əslində, bu nüans fürsətçilik deyil, biznesdir. Bir sözlə, tələb və təklifin dinamikasından yaranır. Yəni tələb artdıqdca qiymət də bahalaşır. Ümumiyyətlə bu sahədə monopoliya yoxdur. Azərbaycanda ən az 5 dənə gül şəbəkəsi və təqribən 500 gül dükanı var. Ona görə də insanlar istədikləri yerdən gül ala bilərlər. Onların hansısa gizlilik sövdələşməsi yoxdur.''Bilik Günü'' gül və hədiyyələrin bahalaşması bazarın tələbinə uyğundur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə