Məktəb direktoru Paşinyanı ən yaxşı erməni kimi dəyərləndirə bilər - Elçin Əfəndi

"Mən də deyərdim ki, Paşinyan pozitiv, gülərüz insandı"

Mingəçevir şəhəri, 14 saylı tam orta məktəbin direktoru Zəminə Qarayeva “Paşinyan dünyanın ən yaxşı ermənisidir” deyə sosial şəbəkədə paylaşım edib. Məktəb direktorunun paylaşımı təbi ki birmənalı qarşılanmayıb. Z.Qarayevanı qınayanlar “Paşinyanın baş nazir olarkən Azərbaycan ərazilərinin işğalına haqq qazandırırdı, Şuşada yallı gedirdi.

Qəhrəman ordumuz torpaqlarımızı işğaldan azad etdikdindən və separatçılara layiqli cavab verildikdən sonra çarəsiz qaldı, Azərbaycanın suverenliyini qəbul etdi. Nə tez “ən yaxşı erməni oldu?!” mövqeyindən çıxış edirlər. Haqsız da sayılmazlar. Ümumiyyətlə, məktəb direktorunun siyasi məsələlərlı bağlı paylaşım etməsi yersiz görünür. Yaxşı olar ki direktor təhsil, tədris, təlim-tərbiyə məsələlərinə diqqət ayırsın, nəinki Paşinyan barədə xoş sözlər söyləsin. 

Təhsil sahəsi üzrə mütəxəssis Elçin Əfəndi hesab edir ki, məktəb direktorunun paylaşımını şişirtməyə ehtiyac yoxdur. “Sherg.az”a açıqlamasında Elçin Əfəndi qeyd etdi ki, direktor öz fikrini əsaslandırıb:

- Mən də deyərdim ki, N.Paşinyan pozitiv, gülərüz insandır. Paşinan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, reallığı qəbul edib, dəfələrlə də vurğulayıb ki, Qarabağ Azərbaycan torpağıdır, Azərbaycan ərazisidir, biz süh müqaviləsi bağlamalıyıqı. Əgər bu şəxs sülh sözünü dilinə gətirirsə, məktəb direktoru da onu ən yaxşı erməni kimi dəyərləndirə bilər. “Bütün ermənilər pisdir” və ya yaxşıdır” deyə fikir səsləndirməyib. Hesab edirəm ki, Z.Qarayevanın fikrini mübaliğəli formada təqdim etmək, əsassız ajiotaj yaratmaq doğru deyil.