“Mən də öz halal evimizdə yaşamaq istəyirəm”
Yusif Nəzərli
10:17 10.01.2023
Cəmiyyət
386
Səriyyə Müslümqızı: “Erməni separatçılarına dəstək verənlər, buyursunlar, mənim də haqqımı qaytarsınlar, hüququmu bərpa etsinlər”
Ekokönüllülərin Xankəndi-Laçın yolundakı dinc etiraz aksiyası artıq 1 aydır davam edir. Qısaca xatırladaq ki, etiraz aksiyası Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı keçirilir. Azərbaycan vətəndaşları, ictimai institutların təmsilçiləri faydalı qazıntı yataqlarının bir qrup separatçı tərəfindən qanunsuz istismarına və təbiətin məhvinə son qoyulmasını tələb edirlər. 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmadı. Buna cavab olaraq da ictimaiyyət nümayəndələrinin etiraz aksiyası başladı. Aksiyanın keçirildiyi ərazidə dünən fotosərgi təşkil olunub. Sərgidə Ermənistan silahlı qüvvələrinin və Ermənistan hakimiyyətinin Azərbaycan torpaqlarını işğalda saxladığı müddətdə ərazilərin necə talan olunması öz əksini tapıb.
Əslən Xocalıdan olan jurnalist, publisist, Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri, Qarabağ müharibəsi veteranı Səriyyə Müslümqızı “Şərq”ə açıqlamasında aksiyanı ilk gündən dəstəklədiyini dedi:
- Xocalı inzibati ərazi vahidi kimi rəsmi olaraq 1991-ci ilin noyabrında Əsgəran rayonunun bazasında yaradıldı, o vaxt da Xocalıya şəhər statusu verildi. Xocalı Xankəndinin 14 kilometrliyində yerləşir. İstər Xankəndi, istərsə də Xocalı, hər biri bizim Vətənimizdi, doğma torpağımızdı. Necə ki illərdir ermənilər Xankəndidə yaşayır, bizim də öz evimizdə, yurdumuzda yaşamaq haqqımız var. İllərdir evimizi görmək istəyırəm, bu həsrətlə yaşayıram. Bilmirəm, ömür vəfa edəcəkmi? Xocalıya gedə bilsəm... Amma orda param-parça olan xatirələr var. Orda dərd var. Dərddən beli bükülmüş evim var, elim var. Amma nə olursa-olsun, necə olursa-olsun, görmək istəyirəm. Bu mənim haqqımdı. Mənim kimi milyonlarla yurddaşımızın haqqıdır. Xocalı əvvəllər qəsəbə idi. Yenicə şəhər statusu verilmişdi deyə hələ ünvanlar yazılmamışdı, qeydiyyat aparılmamışdı. Bizim evimiz “Köhnə Xocalı” deyilən ərazidədir. Ev anamın adına idi – Cəfərova Rəfıqə İman qızı. Sonrası məlumdu, nankor qonşularımız nələr etdi. Artıq 1 aydır ictimai fəallar Xankəndi-Laçın yolunda dinc aksiya keçirir. Sülhməramlılara məxsus neçə-neçə maşın hər gün o yoldan maneəsiz keçib gedir. Aksiya dinc olsa da, mən hər an bu “sülhməramlılardan” hər cür pozucu hərəkət gözləyirəm. Çünki onlar vaxtilə bizi müdafiə etmədilər, əksinə, erməni separatçılarının biz xocalıları daş-qalaq etməsinə göz yumdular. O vaxt ermənilər bizim magistral yolla hərəkət edən maşınlarımıza daş atırdılar, yolu kəsirdilər, maşınların hərəkətinə mane olurdular. Xocalı camaatını döyüb qol-qabırğalarını sındırmışdılar. Amma biz indi də insanlığımızı göstəririk, ehtiyacı olan ermənilərə əl uzadır Azərbaycan insanı. Kor olmuş dünya görsün bunları.
S.Müslümqızı aksiyada iştirak etməyə hazır olduğunu dedi:
- Mən də əlimə plakat alıb Xankəndi yolunda dayanmağa hazıram. Mən də evimə getmək, öz halal evimizdə yaşamaq istəyirəm. Erməni separatçılarına dəstək verənlər, buyursunlar, mənim də haqqımı qaytarsınlar, hüququmu bərpa etsinlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məsud Pezeşkian: İran müharibənin davam etməsində maraqlı deyil
14:57 31.08.2026
Region
Laçının Ağbulaq kəndində “Xatirə bulağı” istifadəyə verilib
14:47 31.08.2026
Qarabağ
Çinin Avropaya Rusiya ilə bağlı gizli vədi üzə çıxdı
14:41 31.08.2026
Dünya
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə
“Şabranda yaşıllaşdırma aksiyalarının təşkili” layihəsi başa çatıb
13:32 31.08.2026
Ölkə
Paşinyan Modi ilə “Tramp marşrutu”nu müzakirə edib
13:21 31.08.2026
Gündəm
Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır
13:04 31.08.2026
Mədəniyyət
Azərbaycan və Çin prokurorluqları arasında memorandum imzalanıb
12:35 31.08.2026
Gündəm
Azad edilmiş ərazilərdə daha 190 mina, 689 PHS aşkarlanıb
12:33 31.08.2026
Gündəm
Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
12:03 31.08.2026
Gündəm
İslandiyada əhali Aİ ilə üzvlük danışıqlarının bərpasını istəmir
11:57 31.08.2026
Dünya
“Arsenal” braziliyalı hücumçunu “Barselona”ya satıb
11:49 31.08.2026
Futbol