
Məzahir Süleymanzadə ilə vida mərasimi keçirilib - FOTOLAR
Yusif Nəzərli
13:06 11.05.2022
Cəmiyyət
486
Bu gün tanınmış jurnalist, yazıçı-publisist, Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin rəhbəri Məzahir Süleymanzadə ilə vida mərasimi keçirilib. Ölkənin jurnalist və idman ictimaiyyətinin nümayəndələrinin qatıldıqları mərasim Masazır qəsəbəsində mərhumun yaşadığı evin qarşısında olub.
Toplantıda çıxış edən “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu M.Süleymanzadəni peşəkar jurnalist, eyni zamanda ziyalı kimi xarakterizə edən cəhətlərdən söz açıb, onunla birgə çalışdığı illərə ekskurs edərək bildirib ki, mərhum qələm sahibi həmişə sözün təəssübünü çəkib, eyni zamanda sözün milli maraqlar naminə işlədilməsində fədakarlıq, qorxmazlıq göstərib.

T.Aydınoğlunun fikrini davam etdirən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov vurğulayıb ki, M.Süleymanzadə tarixin ən çətin dövründə meydanda qalmağı bacarmış mətbuat təmsilçilərindəndir.
M.Süleymanzadənin əzmkarlığı ilə ərsəyə gəlmiş “Səhər” qəzeti 20 yanvar faciəsi ilə bağlı reallıqların Azərbaycan cəmiyyətinə çatdırılmasında müstəsna rol oynaylb. Nəşrin faciəni əks etdirən sayı iki milyon tirajla işıq üzü görüb ki, bu, Azərbaycanın mətbuat tarixində təkrarsız göstəricidir.
Ə.Amaşov eyni zamanda bildirib ki, işgüzarlığını və əməksevərliyini jurnalistikamızın maraq və mənafeləri baxımından səfərbər etməkdən zövq almış, buna haqq işi kimi yanaşmış M.Süleymanzadə Azərbaycan Mətbuat Şurasının tərkibində Ahıl Jurnalistlər Məclisinin formalaşdırılmasının fəal təşəbbüskarlarından olub. Bu məclis işini ömrünü-gününü peşəsinə həsr etmiş veteran jurnalistlərin yada salınması, onların örnək həyat yolunun gənc nəslə çatdırılması missiyasını yerinə yetirməklə nəcib və xeyirxah təşəbbüslərə imza atıb. MŞ sədri çıxışında həmçinin qeyd edib ki, M.Süleymanzadənin mənalı həyat yolu jurnalistikaya çoxşaxəli fəaliyyət sahəsi baxımından yanaşmanın örnək sayıla biləcək nümunəsidir.
İdman Jurnalistləri Assosiasiyasının prezidenti Eldar İsmayılov M.Süleymanzadəni əsl dost, həmkar kimi xarakterizə edən keyfiyyətlərə diqqət çəkib. Onun yoxluğunun bütövlükdə Azərbaycan jurnalistikası üçün ağır itki olduğunu vurğulayıb.
Toplantıda çıxış edənlər M.Süleymanzadə şəxsiyyətini bütövlük, mərdlik nümunəsi, jurnalistikaya sədaqət, qəlbən bağlılıq nümunəsi kimi dəyərləndirib, xatirələrini bölüşüblər.
Qeyd edək ki, Məzahir Süleymanzadə bu gün 69 yaşında vəfat edib.O, Mərdəkanda ailə qəbistanlığında torpağa tapşırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya