"Muğan Bank"ın əmanətçilərinə kompensasiya ödənilməsinə başlanılıb
07:59 27.11.2023
Cəmiyyət
669
Bu gündən Əmanətlərin Sığortalanması Fondu (ƏSF) ləğvedicisi olduğu "Muğan Bank" ASC-nin əmanətçilərinə kompensasiya ödəməyə başlayıb.
"Report" xəbər verir ki, ödəniş "Azərbaycan Beynəlxalq Bankı" (ABB) və "Kapital Bank" ASC-lər vasitəsilə həyata keçirilir.
Xatırladaq ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 oktyabr 2023-cü il tarixli qərarı ilə “Muğan Bank” müflis elan edilib, ƏSF onun ləğvedicisi təyin olunub. "Əmanətlərin sığortalanması haqqında" qanuna uyğun olaraq “Muğan Bank”da sığorta hadisəsi günü 24 oktyabr 2023-cü il müəyyən edilib.
"Əmanətlərin sığortalanması haqqında" qanuna əsasən, Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Qorunan əmanətçilər əmanət hesabları üzrə hesabdan çıxarışları "Muğan Bank"ın Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 21B ünvanında yerləşən baş ofisindən əldə edə bilərlər.
Əmanətçilər kompensasiyalarını almaq üçün ABB və "Kapital Bank"In müvafiq filiallarına müraciət edərkən kompensasiyaların ödənilməsi prosedurlarına uyğun olaraq ərizəyə əmanət müqaviləsi, əmanət kitabçası və yaxud qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmanəti təsdiqləyən digər sənədləri və onların surətini, habelə əmanətçinin şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidirlər. Kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, qeyd edilən sənədlərlə yanaşı əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni təqdim etməlidir.
Qorunan əmanətçilər ərizə formalarını ABB və "Kapital Bank"ın müvafiq filiallarından və www.adif.gov.az saytından əldə edə bilərlər.
"Əmanətlərin sığortalanması haqqında" qanuna uyğun olaraq sığortalanmış əmanət üzrə əmanətin 100%-i qədər, lakin 100 min manatdan çox olmamaqla, fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri üzrə 20 min manatdan çox olmamaqla, notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitlərinin isə 100%-i qədər kompensasiya ödəniləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
16:50 22.10.2026
Sağlamlıq
Məhkəmə Kamran Əsədov və Gündüz Abbasova xəbərdarlıq edib
15:56 22.10.2026
Hadisə
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
15:33 22.10.2026
Dünya
Fransada etiraz aksiyaları qadağan ediləcək
15:17 22.10.2026
Dünya
Brüsseldə mühüm danışıqlar: Azərbaycan Avropadan nə gözləyir?
15:11 22.10.2026
Gündəm
Güzgüdəki mən niyə özünüzdən fərqli görünür?
14:45 22.10.2026
Sağlamlıq
Yeddi ölkənin xarici işlər naziri İrana görə Türkiyədə toplanır
14:37 22.10.2026
Dünya
Şamonda virusundan ilk insan ölümü qeydə alındı
14:35 22.10.2026
Dünya
Yeni müharibənin anonsu verildi - Ordu İrana yaxınlaşır
14:06 22.10.2026
Gündəm
Türkiyə-Azərbaycan münasibətləri öz gücünü qoruyur -ŞƏRH
13:59 22.10.2026
Siyasət
“Walla”: İranla müharibə ehtimalı artır
13:28 22.10.2026
Dünya
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
13:26 22.10.2026
Dünya