Müharibə iştirakçısı: “Özgə torpağına göz dikənin gözünü ovurlar”
Banuçiçək Kalbalıyeva
09:05 23.02.2021
Cəmiyyət
1134
Qələbə qurban tələb edir. Biz Vətən müharibəsi günlərində bunu bir daha gördük. Yüzlərlə mərd oğlumuz sinəsini torpağa sipər etdi. Bəziləri şəhid oldu, bəziləri qazi. Amma hər biri qalib ordunun qalib əsgəri kimi adını tarixə yazdı. Əlbəttə, tarix qəhrəmanlarımızı, onların şücaətini heç bir zaman unutmayacaq.
Belə igidlərdən biri də Ağacan Məmmədlidir. O, 1992-ci il noyabrın 27-sində Bakıda anadan olub. 214 saylı orta məktəbi bitirib. Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İqtisad fakültəsində bakalavr, Türkiyə Edirnə şəhərində Trakya universitetində Mühasibat uçotu və audit fakültəsində magistr təhsili alıb. Bir neçə il özəl sektorda çalışıb.
Hazırda isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Daxili audit şöbəsində şöbə müdiri vəzifəsində işləyib.
Azərbaycanın qəhrəman oğlu keçdiyi döyüş yolu barədə təəssüratlarını “Sherg.az”la bölüşdü:
“Hər bir Azərbaycan övladı kimi, mən də həmişə torpaqlarımızın işğaldan azad ediləcəyi günü səbrsizliklə gözləmişəm. Çünki milliyətçi məfkurəyə sahib hər kəs üçün torpaq namusdur, qeyrətdir. Torpaq heysiyyatı hər birimizin qəlbindədir. Dostlarımla həmişə söhbətlərimizin bir hissəsi mütləq bu barədə olurdu. Olub-bitənləri, hadisələri xarakterizə edirdik və “o tarix yazılanda biz də orada olmalıyıq”- deyə düşünürdük Bizim olanı geri qaytarmalıyıq. Fikirləşirdim ki, torpaqları azad etmək hər bir ölkə vətəndaşı kimi mənim də vicdan borcumdur. Şükürlər olsun, biz vicdan borcumuzu, Vətən borcunu layiqincə yerinə yetirdik. Tovuz hadisələrindən sonra hərbi səfərbərlik idarəsində könüllü kimi qeydiyyatdan keçmişdim. Nəhayət, hamımızın gözlədiyi vaxt gəldi, çatdı və mən də ordu sıralarına qoşuldum. Vətən müharibəsində Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Döyüş zamanı hərbi vəzifəm top komandiri idi. Relyefin və hava şəraitinin çətinliyi mənə və döyüş yoldaşlarıma müqəddəs vəzifəmizi yerin yetirməkdə əngəl törətmədi. Hər birimiz məqsədimizi dərindən anlayıb torpaqlarımız uğrunda əlimizdən gələni etmişik. Bu müqəddəs amal döyüş zamanı aramızdakı mehribanlığı və bir birimizə qayğını gücləndirmişdi. Hər birimizdə yüksək əhval- ruhiyyə var idi. Xalq və ordu birliyi qazanılan qələbədə ən böyük amil idi”.
Məmmədli, həmçinin bildirdi ki, Vətən savaşında iştirak etdiyinə görə qürurludur:
“Biz bu anları yaşamaq üçün xeyli vaxt gözlədik. Amma bizim torpaqlarımızın düşmən tapdağında olduğunu bir an belə olsun, unutmadıq. Bu yerdə bir misal çəkmək istəyirəm: ruslar 1905-ci ildə Yaponiya ilə döyüşdə məğlubiyyətə uğramışdı. 1945-ci ildə Sovet Ordusu Yaponiyanı məğlub edəndə Stalin demişdi ki, biz bu məğlubiyyətin əvəzini cıxmaq üçün 40 il gözləməli olduq. Necə deyərlər, nəsil dəyişsə də, insanların intiqam hissi ürəyində bu müddət ərzində məhv olmamışdı. Bizdə də belə oldu. Biz Qarabağı görməsək də, həmişə qəlbimizdə o eşqi yaşatdıq, böyütdük. 30 ildən bəri yaşadığımız həsrətə nəhayət, son qoyduq. Hesab edirəm ki, daha gözəl günlər qarşıdadır. Bu müharibə hər iki tərəfin gələcək müqəddəratını və taleyini müəyyənləşdirəcək. Bu dəfə biz millətimizin böyüklüyünü hərb meydanında gördük. Ermənilər Qarabağ Azərbaycan olduğunu anladılar! Düşmən məğlubiyyətini başa düşməlidir. Onlar bilməlidir ki, özgə torpağına göz dikənin gözünü ovurlar. Biz bunu artıq etdik. Müzəffər ordumuzun sayəsində qazanılan qələbə münasibəti ilə millətimizi təbrik edirəm. Bu şərəfli tarixin yazılmasında mən də yer aldığıma görə qürurluyam. Qələbə bizimdr, Qarabağ Azərbaycandır!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya