Nazirlik Hövsanda onlarla ağacı kökündən çıxaran şəxslə bağlı HƏRƏKƏTƏ KEÇDİ - VİDEO
Yusif Nəzərli
12:58 05.11.2022
Cəmiyyət
372
Suraxanı rayonu, Hövsan qəsəbəsində ağacların kökündən çıxarılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, araşdırma zamanı sözügedən ünvanda ağacların vətəndaş Təvəkkül Astanov tərəfindən çıxarıldığı və təbiətə ümumilikdə 5 520 manat məbləğində ziyan dəydiyi müəyyən edilib:
“Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi üçün hazırlanır”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. DİN Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Suraxanı rayonu Hövsan qəsəbəsində torpaq sahəsi ilə bağlı baş verən münaqişəyə görə tərəflər polis orqanına dəvət olunaraq izahatları alınıb.
Bildirilib ki, müvafiq ekspertizalar təyin edilməklə araşdırma aparılır:
“Araşdırmanın nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.
Suraxanı rayonu Hövsan qəsəbəsində ərazidə əkilən 200-ə yaxın ağacdan 38-i kökündən çıxarılaraq kənara atılması barədə noyabrın 4-də məlumat vermişdik.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual