
Oğlunun vəsiyyətinə əməl etdi: Evinin önündə özünə məzar qazdırdı
Yusif Nəzərli
16:35 25.11.2023
Cəmiyyət
622
Qalstuk kolleksiyaçısı Bedir Akbulut sağ ikən özünə məzar düzəltdirən az sayda insanlardan biridir. Fərq burasındadır ki, 71 yaşlı kolleksiyaçı məzarını evinin önündə yerləşdirib.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, B.Akbulutun məzarını öz evinin qarşısında qoymasının özəl səbəbi var. 1 ay əvvəl B.Akbulutun böyük oğlu Mehmet ALS xəstəliyindən vəfat edib. Ölməzdən əvvəl Mehçet atasına “ata, öz məzarını evimizin qarşısında qoy. Başdaşı əvəzi lövhədə də “qalstuk kolleksioneri Bedir Akbulut burada dəfn edilib, yazdır”, deyib. Ata da oğlunun vəsiyyətini yerinə yetirib. Evnini önündə məzar qazdırıb, üzərində qalstuk şəkli olan lövhəyə ad və soyadının yazdırıb. Akbulut ailəsi Vanın Gürpınar əyalətində, Yolaşan Məhəlləsinə aid “Bədir bəy” səmtində yaşayır. B.Akbulut 4 övlad atasıdır.

O, bölgədə qalstuklara aludəçiliyi ilə məşhurdur. B.Akbulut 7 yaşından qalstuk taxmağa başlayıb, indiyədək də kimsə onu qalstuksuz görməyib. Hətta təsərrüfatla məşğul olarkən də qalstuk taxır. 64 ildir qalstuk kolleksiyası toplayır. B.Akbulutun kolleksiyasında Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın, sabiq baş nazir Binali Yıldırım və daha neçə məmur, siyasətçi, eləcə də qohumlarının, yaxınlarının ona hədiyyə etdiyi 2 minə yaxın qalstuk var. “Məzarımı hazırlatmağa 20 min TL xərclədim. Görənlər təəccüb edir. Məndən niyə belə bir şey hzırlatdığımı soruşurlar. Mən də “oğlumun vəsiyyətidir”, deyirəm. Məzarıma doğum tariximi yazdırmışam, ölüm tarixi boş qalıb. Nə zamaan ölsəm, övladlarım o tarixi də həkk edəcək. Lövhədə iki tərəfdə qalstuk rəsmi çəkdirmişəm. Görənlər mənim qalstuk həvəskarı olduğumu bilsinlər”, deyən B.Akbulut nə qədər ki həyadadır, qalstuk kolleksiyası toplamağa davam edəcəyini söyləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
16:50 22.10.2026
Sağlamlıq
Məhkəmə Kamran Əsədov və Gündüz Abbasova xəbərdarlıq edib
15:56 22.10.2026
Hadisə
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
15:33 22.10.2026
Dünya
Fransada etiraz aksiyaları qadağan ediləcək
15:17 22.10.2026
Dünya
Brüsseldə mühüm danışıqlar: Azərbaycan Avropadan nə gözləyir?
15:11 22.10.2026
Gündəm
Güzgüdəki mən niyə özünüzdən fərqli görünür?
14:45 22.10.2026
Sağlamlıq
Yeddi ölkənin xarici işlər naziri İrana görə Türkiyədə toplanır
14:37 22.10.2026
Dünya
Şamonda virusundan ilk insan ölümü qeydə alındı
14:35 22.10.2026
Dünya
Yeni müharibənin anonsu verildi - Ordu İrana yaxınlaşır
14:06 22.10.2026
Gündəm
Türkiyə-Azərbaycan münasibətləri öz gücünü qoruyur -ŞƏRH
13:59 22.10.2026
Siyasət
“Walla”: İranla müharibə ehtimalı artır
13:28 22.10.2026
Dünya
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
13:26 22.10.2026
Dünya