Özəl tibb müəssisələri bütün təminatları özləri edir
07:03 03.04.2021
Cəmiyyət
552
Ona görə də konkret olaraq maraqlar əsasında çalışırlar
"Bütün regionların hər yerində səhiyyənin səviyyəsini eyniləşdirmək, sistem qurmaq lazım idi"
Özəl tibb müəssisələrinə nəzarət gücləndirilməlidir. Bunu Azərbaycan Ombudsmanı Səbinə Əliyeva Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsini təqdim edərkən deyib. Ombudsman bildirib ki, özəl tibb müəssiələrində pasientlərlə bağlı müxtəlif problemlər müşahidə olunmaqdadır. Onun sözlərinə görə, özəl tibb müəssisələrində müalicə, müayinə, profilaktika və digər işlərə nəzarət gücləndirilməlidir. Ombudsman həmçinin qeyd edib ki, “Pasientlərin hüquqları haqqında” qanunun qəbul edilməsi üzrə işlər sürətləndirilməlidir.
Mövzuya münasibət bildirən tibb elmləri doktoru, professor Adil Qeybulla "Şərq"ə açıqlamasında bildirib ki, özəl tibb mərkəzləri, özəl tibb sektorları kommersiya təyinatlı tibb müəssisələridir. Professor vurğulayıb ki, bu günləri özəl xəstəxanaların maddi-texniki bazası daha yaxşıdır:
"Belə tibbi müəssisələr özəl olduğuna görə, onlar konkret olaraq maraqlar əsasında çalışırlar. Ona görə ki, burda xəstəxana bütün təminatını özü edir. Özəl xəstəxanaların maddi-texniki bazası bu gün daha yaxşıdır. Təbii ki, dünyanın hər yerində bu belədir. Bildiyimiz kimi, burada xidmətlər ödənişlidir. Maddi imkanı olan şəxslər də özəl sektorda müalicə almağı üstün tuturlar".
A.Qeybulla qeyd edib ki, özəl tibb müəssisələrində təşkilati məsələlərə bağlı bir sıra problemlər mövcuddur:
"Təəssüflər olsun ki, bu günləri səhiyyədə bir sistem yoxdur. Sual oluna bilər ki, sistem nəyə deyilir. Əvvəla, bütün regionların hər yerində səhiyyənin səviyyəsini eyniləşdirmək, sistem qurmaq lazım idi. Yəni istənilən bir xəstə haqqında hər hansısa ümumi məlumatın portalda olması, yəni ümumi səhiyyə portalının yaradılması vacib idi.
Bu günləri donor haqqında qanunun həyata keçirilməsi, donor bankının yaradılması, orqan nəqlinin sistemli şəkildə həyata keçirilməsi və s. ilə bağlı xeyli təşkilati problemlər var.
Özəl sektorun özündə də bu problemlər yaşanmaqdadır. Nəyə görə? Çünki əksər özəl xəstəxanalara rəhbərlik edən şəxslər, onun sahibləri həkim deyil. Bəzən görürsünüz ki, bu müəssisələr ya Səhiyyə Nazirliyinin, ya da ki, ümumiyyətlə, dövlətin nəzarətindən kənardadır.
Təbii olaraq bu zaman burda bir sıra problemlər yaşanır. Amma prinsipial olaraq qeyd edim ki, özəl sektorda xidmət səviyyəsi dünyanın hər yerində həmişə yüksək olub".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya