Özlərini "kiçik padşah" kimi aparırlar
Yusif Nəzərli
09:20 23.02.2022
Cəmiyyət
758
Bu gün bir sıra rayonlarda icra hakimiyyətlərindən narazılıqlar var
Prezident İlham Əliyev Nərimanov, Nizami, Kürdəmir rayonlarına yeni icra hakimiyyəti başçıları təyin edərkən dövlət məmurlarına bir daha ciddi xəbərdarlıq etdi. Dövlət başçısı hamının qanun qarşısında bərabər olduğunu bildirdi. Məmurları qanunazidd əməllərdən uzaq olmağa, vətəndaşlara diqqət və qayğı ilə yanaşmağa çağırdı. Prezident dəfələrlə yeni vəzifə təyinatları zamanı dövlət məmurlarına ciddi xəbərdarlıqlar edib. Ancaq təəssüf olsun ki, bəzi məmurlar bu xəbərdarlıqlardan nəticə çıxarmırlar və əvvəlki əməllərinə davam edirlər.
Millət vəkili Ceyhun Məmmədov “Şərq”ə deyib ki, bu gün bir sıra rayonlarda icra hakimiyyətlərindən narazılıqlar var. Deputatın sözlərinə görə, hələ də bəzi icra başçıları vətəndaşlarla münasibəti düzgün qurmur, kabinetdən çıxmır, özlərini “kiçik padşah” kimi aparırlar:
“Bu da cəmiyyətdə haqlı olaraq narazılıq yaradır. Bütün icra hakimiyyəti başçıları öz vəzifələrini məsuliyyət və vicdanla yerinə yetirsələr, zaman-zaman bir sıra icra hakimiyyətləri qarşısında vətəndaşlar özlərini yandırmaz və ya mitinq keçirməzdilər. Prezident İlham Əliyevin hər zaman qeyd etdiyi kimi, “vəzifə imtiyaz və ya üstünlük deyil, yüksək etimad və məsuliyyətdir”.
Yüksək etimad göstərilən hər bir dövlət məmuru məsuliyyətini dərk etməli, xalqın qulluqçusu olmalı, xəyanət etməməlidir. Vəzifəsindən irəli gələn öhdəlikləri vicdanla və ləyaqətlə yerinə yetirməli, vətəndaşlarla münasibəti düzgün qurmalıdır. Onlarla daimi əlaqədə olmalı, problemlərinə həssas, yüksək diqqət və qayğı ilə yanaşmalıdır”.
C.Məmmədov qeyd edib ki, Vətən müharibəsində şanlı qələbəmizdən sonra bölgədə yeni siyasi və iqtisadi reallıq yaranıb:
“Dövlətimiz yeni mərhələyə qədəm qoyub. Qarşıda bizi böyük quruculuq işləri gözləyir. Dövlətçiliyimizi, müstəqilliyimizi, qələbəmizi daha da gücləndirməliyik. Hazırda ölkəmizdə kadr islahatları sürətlə və uğurla həyata keçirilir. Son aylar bir çox sahələrə yeni gənc kadrlar təyin olunub. Kadr təyinatında bilik və bacarıqlara xüsusi önəm verilir. Bütün bu addımlar ölkəmizin inkişaf və tərəqqisinə öz ciddi töhfəsini verəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm
Lavrov ABŞ-a gedib
11:02 30.10.2026
Dünya
Peskov: Putin Makron və Mertslə danışıqlara hazırdır
10:56 30.10.2026
Dünya
Peskov: Zelenski Putinə hələ zəng etməyib
10:45 30.10.2026
Dünya
Deputat Səyyad Aran Ombudsmanı təriflədi
10:42 30.10.2026
Cəmiyyət