Özünü binadan atan məktəbli qızın üzərinə düşdüyü şəxs gömrük işçisi imiş - YENİLƏNİB + VİDEO
Yusif Nəzərli
13:27 04.05.2022
Cəmiyyət
513
İntihar edən məktəbli qızı xilas etməyə çalışan 37 yaşlı Zahid Niyazov Dövlət Gömrük Komitəsinin əməkdaşıdır.
Oxu.Az xəbər verir ki, o, Komitənin Baş Gömrük Mühafizə Xidmətinin əməkdaşıdır.
O, hazırda müalicəsini Dövlət Gömrük Komitəsinin hospitalında davam etdirir.
Faktı Oxu.Az-a Dövlət Gömrük Komitəsindən (DGK) təsdiq ediblər.
12:40
Bakıda özünü binadan ataraq intihar edən məktəbli qızı xilas etməyə çalışan kişinin hansı xəsarətlər aldığı məlum olub.
Oxu.Az xəbər verir ki, 37 yaşlı Zahid Niyazov xəstəxanaya daxil olarkən onda sol qolunun mil sümüyünün yerdəyişən sınığı, sol bazu oynağının çıxığı, döş qəfəsinin küt travması və burun qanaxması aşkarlanıb.
Xəstəyə ilkin tibbi yardım göstərildikdən sonra ailəsinin təkidi ilə o, özəl klinikalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda xəstənin vəziyyəti sabit-ağır qiymətləndirilir.
10:40
Mayın 3-də saat 12 radələrində Bakı şəhər sakini 17 yaşlı Xumar Babayeva Xətai rayonu ərazisindəki çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsinin ümumi istifadə olunan eyvanından özünü atması ilə bağlı məsələ Daxili İşlər Nazirliyi (DİN) tərəfindən araşdırılıb.
Bununla bağlı DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, ilkin araşdırmalarla X.Babayevanın intihar etməsinə səbəb imtahanda zəif nəticə göstərməsi olduğu müəyyən edilib.
Eyni zamanda, hadisə zamanı X.Babayevanın üzərinə düşdüyü və xəsarətlər alaraq xəstəxanaya yerləşdirilən Zahid Niyazovun vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova məlumat verib.
O bildirib ki, hazırda xəstənin vəziyyəti stabil olaraq qiymətləndirilir:
“Xəsarət alan Zahid Niyazov 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirilib. Lakin, ailəsinin iltizamnaməsi əsasında o, paytaxtdakı özəl xəstəxanalardan birinə köçürülüb”.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən mayın 3-də saat 12 radələrində Bakı şəhər sakini 17 yaşlı Xumar Babayeva Xətai rayonu ərazisindəki çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsinin ümumi istifadə olunan eyvanından özünü atması ilə bağlı məsələ araşdırılıb.
Bildirilib ki, ilkin araşdırmalarla X.Babayevanın intihar etməsinə səbəb imtahanda zəif nəticə göstərməsi olduğu müəyyən edilib.
Qeyd edək ki, hadisə ötən gün paytaxtın Xətai rayonu, Qədir Məmmədov küçəsində qeydə alınıb. 11-ci sinif şagirdi 2005-ci il təvəllüdlü Xumar Babayeva özünü yaşadığı binanın 9-cu mərtəbəsindən ataraq intihar edib. Bir gün öncə Xumarın doğum günü olub. Hadisə zamanı qız aşağıda dayanmış 1984-cü il təvəllüdlü Zahid Niyazovun üzərinə düşüb. Nəticədə o, ağır xəsarətlər alıb. Bakı Şəhər Baş Prokurorluğunda faktla bağlı araşdırmalar başlayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm