Polis vətəndaşı döyərək öldürüb? - AÇIQLAMA
Yusif Nəzərli
14:56 10.05.2022
Cəmiyyət
493
Ağdaş rayonunda vətəndaş İbrahim Cəfərovun polis şöbəsinə aparılıb, orada döyülərək öldürülməsi iddia olunub.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, İbrahim Cəfərovun öldürülməsində Vüsal, Fəqan və Allahverdi adlı polis əməkdaşları xüsusilə fərqləniblər.
Eyni zamanda iddia edilib ki, Ağdaşda məhkəmə-tibb ekspertizası İbrahim Cəfərovun ölümü ilə bağlı saxta rəy verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-a açıqlamasında bildirib ki, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən İbrahim Cəfərova fiziki güc tətbiq olunduqdan sonra onun vəfat etməsi ilə bağlı səsləndirilən iddialar həqiqəti əks etdirmir:
“Mayın 3-də gecə saatlarında rayon ərazisində xidmət aparan polis əməkdaşları yolun kənarında bir nəfərin yerə yıxıldığını aşkar ediblər. Sərxoş vəziyyətdə olan həmin şəxsin şəhər sakini, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də digər cinayət əməllərinə görə bir neçə dəfə məhkum olunmuş İbrahim Cəfərov olduğu müəyyən edilib.
Polislər həmin şəxsin yaşadığı ünvana çatmasına köməklik göstərməyə çalışsalar da, o bundan imtina edərək özü gedəcəyini bildirib.
İ.Cəfərovun evinə çatana qədər isə bir neçə dəfə də yıxıldığı ətrafdakı müşahidə kameraları vasitəsilə qeydə alınıb. Növbəti gün yenidən İ.Cəfərov saat 16 radələrində sərxoş vəziyyətdə yaşadığı evə gələrək yatıb və saat 23 radələrində yaxınları onun öldüyünü aşkar ediblər”.
“Meyit müayinə edilməsi üçün morqa yerləşdirilib və ilkin rəyə əsasən, onun ürək çatışmazlığından vəfat etdiyi müəyyən edilib. İ.Cəfərovun ölüm səbəbi ondan götürülən analizlərin cavabı çıxdıqdan və məhkəmə-tibbi ekspertizanın tam rəyindən sonra məlum olacaq”, - deyə o qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya