Psixoloq: 14 fevral sevgililər günündən çox gözlənti gününə bənzəyir
12:37 14.02.2025
Cəmiyyət
616
Müasir dünyada isə sevgi anlayışı maddiyyat üzərinə köçürüldüyündən, fədakarlıq, mənəvi dəyərlər üzərindən qurulmuş münasibətlər geri qalmışlıq, köhnə düşüncəli kimi qəbul olunur
14 fevral, dünyada ən çox tanınan bayramlardan biri olan Sevgililər Günü’dür. Bu gün sevgi və dostluğun qeyd olunduğu bir gündür. Hər il fevralın 14-də, insanlar bir-birilərinə hədiyyələr verir, sevgi sözləri deyir və münasibətlərini qeyd edirlər. Bu bayram həmçinin Roma keşişi San Valentinə aid edilir, o, sevgililər və nişanlılar üçün gizli nikah mərasimləri təşkil etdiyi üçün müqəddəs sayılmışdır. Bəs indiki dövrdə sevgi qalıbmı?
Sualımızı cavablandıran Psixoloq Samirə Bağırova “Sherg.az”a bildirib ki, 14 fevral sevgililər günündən çox gözlənti gününə bənzəyir:
“Xüsusən də qadınların diqqət, hədiyyə gözləntisi kişilərə nisbətən daha yüksək olur ki, bu da bir növ 8 mart beynəlxalq qadınlar gününü xatırladır. Sevgi həmişə var. Sadəcə zaman içində sevgiyə köçürülən mənalar, sevgi qavramı dəyişikliyə məruz qalıb. Qədimdə sevginin simvolu fədakarlıq, özünü qurban vermək idi. Bunu Şekspirin iki sevgiliyə həsr həsr etdiyi “Romeo və Cuyetta”, yaxud Ənvər Məmmədxanlının ananın övladına olan sevgisini təcəssüm etdirdiyi “ Buz heykəl “ əsərlərində də görmək olur. Sonralar sevgi mənəvi dəyərlər üzərinə köçürüldü. Ulduz, Bir qalanın sirri və sairə kimi filmlərdən də, sevən cütlükləri buna misal çəkmək olar. Müasir dünyada isə sevgi anlayışı maddiyyat üzərinə köçürüldüyündən, fədakarlıq, mənəvi dəyərlər üzərindən qurulmuş münasibətlər geri qalmışlıq, köhnə düşüncəli kimi qəbul olunur. Kim hansı milyonçu ilə evlənir, toyu və ya bal ayı harada qeyd olunur kimi, adları tez unudulan obrazlar “sevgi“nin bü günki mənasını nümayiş elətdirirlər. Kim nə qədər bahalı hədiyyə alırsa, o daha çox sevilir anlayışı çoxluq təşkil edir. Sevgi ən əsas mənəviyyat tələb edən, təmənna güdmədən var oluş üçün yaşanılan və yaradanın insanlıq üçün ən böyük hədiyyəsidir. Mənəvi cəhətdən zəngin olan insanlar, ildə bir dəfə deyil, münasibətlərdə həmişə özəl davranışa sahib olurlar. Əfsuslar ki, onların sayı azdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm