“Qadın şiddətə məruz qalır, amma məhkəmədə barışır” - Prinsipial olun!
Fidan Həmişəyeva
12:22 12.08.2021
Cəmiyyət
562
Bu il Azərbaycanda 33 qadın öldürülüb. Bu barədə Baş Prokurorluq qadınlara qarşı zorakılıq halları ilə bağlı müraciət edib.
Müraciəti təqdim edirik:
“Qadınlara qarşı psixi və fiziki zorakılıq sağlam cəmiyyət üçün ciddi təhdid olaraq qalır. Təəssüflər olsun ki, təkcə bu ilin I yarımili ərzində baş verən qəsdən adam öldürmə cinayətləri nəticəsində 33 qadın zərər çəkib.
Qadınlara qarşı zorakılıqla mübarizədə ən böyük maneə susmaqdır!
Susaraq cinayətə ortaq olma! Qadına qarşı zorakılıq halları ilə üzləşdikdə dərhal Baş Prokurorluğun “961” Çağrı Mərkəzinə müraciət et!”.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Sherg.az”a açıqlamasında bu rəqəmlərin ildən-ilə artdığını deyib:
“2004-cü ildə mətbuatda yazılan qadın qətlləri ilə bağlı materialları monitorinq etmişdik. O vaxt il ərzində 25 qadın öldürülmüşdü. Həmin vaxtdan bu məsələni gündəmə gətirmişik və danışırıq. Sonra 2013-cü ildə bu rəqəm 156-ya çatmışdı. Yenə də bu barədə mətbuatda çıxışlar edirdik. İllər ərzində rəqəmlər dəyişib. Hələ 2012-2013-cü ilə baxanda bu rəqəm o qədər də çox görünmür. Qətllər o vaxt da var idi, indi də var. Sadəcə olaraq indi bu məsələlərə reaksiyalar olur və hər kəs bu barədə danışır. Amma müzakirələr bitəndən sonra yenə də adi həyata qayıdırıq.
Problemin həlli üçün qurumlararası müzakirələr olmalıdır, dərhal istiqamətləndirmə mexanizmi qəbul olunmalı, qanun bir az sərtləşdirilməlidir. Bu gün müxtəlif ittihamlar səsləndirilir. Amma qanunda Daxili İşlər Nazirliyinin bir o qədər statusu yoxdur. Qanunvericilikdə yüngül xəsarətə görə cərimə var. Qanuna nəzər yetirmək, onu dəyişmək lazımdır”.
M.Zeynalova qadınların şiddətə məruz qalması, öldürülməsi ilə bağlı psixoloji aspektlərdən də danışıb:
“Əksər hallarda qadınlar sonadək prinsipial davranmırlar. Bir müddət keçməmiş özləri barışıq üçün cəhdlər göstərirlər və yaxud valideynləri tərəfindən təzyiqə məruz qalırlar, məcbur edilirlər. Burada hansısa bir mexanizm olmalıdır ki, onlar sonadək mübarizə aparmağı bacarsınlar. Bir də görürsən ki, dəstək göstərdiyin, son addıma qədər getdiyin qadın gedir məhkəmədə barışır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kiyevə milyardlarla avroluq hərbi yardım edilib
22:40 13.08.2026
Gündəm
Tramp: ABŞ İsrailə təzyiq göstərmək imkanlarını araşdıracaq
21:17 13.08.2026
Dünya
Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...
21:02 13.08.2026
Ekologiya
İsrail ordusu Livandakı təhlükəsizlik zonasını tərk etməyəcək
20:28 13.08.2026
Dünya
Tramp: İranla mənasız danışıqlar aparmaq istəmirik
20:20 13.08.2026
Dünya
Rusiya və Ukrayna arasında mülki şəxslərin mübadiləsi baş tutdu
20:09 13.08.2026
Gündəm
Kəlbəcərdə mina partlayıb, xəsarət alan var
20:00 13.08.2026
Hadisə
AQTA-dan bitki yağı idxalçılarına xəbərdarlıq
19:20 13.08.2026
Cəmiyyət
Azərbaycanda cinayət törədən qadınlar sayı artdı
18:59 13.08.2026
Hadisə
Uraloğlu: Bolqarıstan Orta Dəhlizin Avropadakı mühüm tərəfdaşıdır
18:52 13.08.2026
Region
"Mançester Siti" Jeremi Doku ilə müqaviləni uzatdı
18:44 13.08.2026
Futbol
Niderlandın Rotterdam limanında partlayış: Ölən və yaralananlar var
18:15 13.08.2026
Dünya
Çin və Belarus hərbçiləri birgə təlimlər keçirir
18:08 13.08.2026
Dünya
Gürcüstan Rusiya ilə sərhədi bağladı
18:01 13.08.2026
Cənubi Qafqaz