Qan təzyiqi və damar sərtliyini azaldır. Ürək-damar xəstəliklərini zəiflədir. Əgər, orta yaşlı bir nəfər 6 ay müddətində davamlı şəkildə qaçarsa, beləliklə, dörd ilə cavanlaşa bilər. Onun zamanla pisləşən bir risk faktoru olan arterial sərtliyi aradan qalxar. Çünki yaşla birlikdə, damarlar təbii olaraq sərtləşir, qan təzyiqi artır, bu da ürəkdən qan çıxmasına mane olur - ventrikulyar yüklənmə artır.
Qan təzyiqi və damar sərtliyi olanların DİQQƏTİNƏ!- 6 ay qaçın, 4 il cavanlaşın! – ARAŞDIRMA
Yusif Nəzərli
09:01 07.01.2020
Cəmiyyət
1113
Araşdırmaya görə, 6 ay ərzində gündəlik olaraq qaçmaq damarlarınızı 4 il cavanlaşdırır. Ürək-damar xəstəlikləri və demans-beyin funksialarının itməsi riskini əhəmiyyətli dərəcədə azaldır.
2020-ci ildə bu yürüşə başlasanız və onu 6 ay ərzində davamlı şəkildə həyata keçirsəniz arteriyalarınız 2016-cı ildəki vəziyyətinə qayıda bilər.
“Sherg.az” Fransanın “sciencesetavenir.fr”ə istinadən xəbər verir ki, Amerika Kardiologiya Kollecinin Jurnalı yazıb. Məqalədə qeyd olunur ki, ümumiyyətlə, qaçmaq sağlamlığa əhəmiyyətli dərəcədə fayda verir.
Qan təzyiqi və damar sərtliyini azaldır. Ürək-damar xəstəliklərini zəiflədir. Əgər, orta yaşlı bir nəfər 6 ay müddətində davamlı şəkildə qaçarsa, beləliklə, dörd ilə cavanlaşa bilər. Onun zamanla pisləşən bir risk faktoru olan arterial sərtliyi aradan qalxar. Çünki yaşla birlikdə, damarlar təbii olaraq sərtləşir, qan təzyiqi artır, bu da ürəkdən qan çıxmasına mane olur - ventrikulyar yüklənmə artır.
Özünüzü qorumaq üçün ən yaxşı həll fiziki fəaliyyətdir! Qaçmaq arteriyalarda qan dövranını sürətləndirərək damarların içərisindəki hüceyrələr tərəfindən azot oksidinin və arterial sərtliyi azaldan bir maddənin istehsalına səbəb olur.
Sübut olaraq, tədqiqatçılar 2016 və 2017-ci illərdə orta hesabla 37 yaşı olan 138 sağlam britaniyalı marafonçu üzərində yoxlamalar aparıblar.
Onların sağlıq durumunun qaçışdan 6 ay əvvəl və 6 ay sonraki vəziyyəti yoxlanılıb. Bu qənaətə gəlinib ki, bu qaçış 6 ay ərzində davamlı şəkildə həyata keçirilsə, arteriyalar 4 il əvvəlki vəziyyətinə qayıda bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
15:20 06.11.2026
Ekologiya