Türkiyə Dəyanət İşləri Başqanlığı qaş almaq və aldırmaqla bağlı geniş yayılmış suallara aydınlıq gətirib.
Sherg.az xəbər verir ki, başqanlığa görə, qaşların tamamilə incəldilərək təbii formasının dəyişdirilməsi dini baxımdan uyğun hesab olunmur. Lakin üzün görünüşünü pozan artıq tüklərin təmizlənməsi və kiçik baxım düzəlişləri caiz sayılır. Açıqlamada vurğulanıb ki, əsas meyar müdaxilənin məqsədi və yaradılışı dəyişdirib-dəyişdirməməsidir.