Qazilərin dövlət qulluğuna qəbul edilməsi sevindirici haldır
Yusif Nəzərli
22:26 05.11.2022
Cəmiyyət
549
Zəfər Gününün ildönümü ərəfəsində Milli Məclisin sədri Sahibə Qafarovanın iştirakı ilə parlamentdə dövlət qulluğuna qəbul edilmiş bir qrup əməkdaşın andiçmə mərasimi keçirilib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda bildirilir ki, tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Mərasimdə çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Prezident İlham Əliyevin kadr siyasətinə uyğun olaraq ölkədə peşəkar və bacarıqlı insanlara, xüsusilə də gənclərə lazımi şərait yaradılır:
“Digər dövlət qurumlarında olduğu kimi, Milli Məclisdə də işgüzar gənclər dövlət qulluğuna qəbul olunur. Fərəhli haldır ki, bu gün parlamentdə dövlət qulluğuna qəbul olunanların arasında 44 günlük Vətən müharibəsində şücaət göstərdiklərinə görə orden və medallarla təltif olunmuş 3 qazi var. İnanırıq ki, dövlət qulluğunda da onlar göstərilən etimadı doğruldacaq, dövlətə və Vətənə sədaqətlə qulluq edəcəklər”.
Sonra dövlət qulluğuna qəbulla bağlı andiçmə mərasimi keçirilib. Qazilər - Nicat İlqar oğlu Abdurrahmanov, İzzət Zakir oğlu Balacayev və Bəşir Nəbi oğlu Hüseynzadə and içiblər. Milli Məclisin sədri Sahibə Qafarova onlara xidməti vəsiqələrini təqdim edərək dövlət qulluğunda gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Vətən müharibəsi qazilərinin dövlət qulluğuna qəbul edilməsini sevindirici hal hesab edən ehtiyatda olan polkovnik Şair Ramaldanov “Şərq”ə açıqlamasında müharibə iştirakçılarına qayğının dövlət siyasətinin əsasını təşkil etdiyini dedi:
- Azərbaycan dövləti, Azərbaycan xalqı, ümumən cəmiyyətimiz qazilərə hər zaman böyük ehtiramla, hörmətlə yanaşır, onlara minnətdarlıqlarını səmimi şəkildə bildirirlər. Cənab Prezident İlham Əliyev çıxışlarında, xalqla görüşləri zamanı birmənalı şəkildə vurğulayır ki, şəhid ailələrinə, müharibə qazilərinə dövlət qayğısı vacibdir. Bu, dövlət siyasətində də özünü göstərir. İcra hakimiyyətlərində qazilərlə iş şöbələri yaradılıb. Müraciət edənlərin işlə təmin edilməsinə səy göstərilir. Bundan başqa, qazilərə təsərrüfat obyektləri qurmaqda da köməklik göstərilir. “DOST” Mərkəzinin qazilərlə bağlı xüsusi proqramı mövcuddur. “Yaşat” Fondu öz tərəfindən qazilərin həm sağlamlığının bərpası, müalicə, reabilitasiyalarını həyata keçirir, həm də qazilərin təhsili, peşələrə yiyələnməsinə yardım edir.
Onlara hazırlıq kursları keçilir. Ali təhsilli, müəyyən peşəyönümlü qazilər elan edilən vakansiyalara ilk növbədə dəvət edilir, onlara iş təklif olunur. Müdafiə Nazirliyində də bu iş aparılır. Qazilərin işlə təmin edilməsinə xüsusi diqqət ayrılır. Dövlət qulluğuna qəbulda da biz bu siyasəti görürük. 3 qazinin Milli Məclisdə dövlət qulluğuna qəbul edilməsi bu siyasətin uğurla aparıldığını göstərir. Müharibə qazilərinə yüksək dövlət qayğısı özəl sektora da müsbət təsir edib. Özəl sektor da qazilərin işlə, müxtəlif avadanlıqlarla təmin edilməsinə, həmçinin maddi yardımlar edilməsinə dəstək verir.
Qazilərə qayğı və onların ehtiyaclarının qarşılanması dövlət siyasəti olmaqla yanaşı, həm də ümumxalq dəstəyidir. Çünki hər birimiz Vətən müharibəsində qazanılan qələbəyə görə, ilk növbədə şəhidlərə və qazilərə borcluyuq. Onların ehtiyaclarını qarşılamaq hər kəsin vətəndaşlıq borcudur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual