Qırıldısa, atın…
Qırıldısa, atın…
Yusif Sultanoğlu
09:13 16.06.2024
Cəmiyyət
505
Üç- dörd gün əvvəl telefonumu dəyişdim. Şappıltı ilə əlimdən yerə düşdü. Tuta bilmədim. Gözümün qabağındaca, səhvim ucbatından sındı. Hərçənd onsuz da pis işıəyirdi. Tez- tez donurdu. Bezmişdim. Bir neçə dəfə dəyişmək, yenisini almaq barədə düşünmüşdüm. Amma buna öyrəşmişdim, rahat gəlirdi. Həm də nömrələri yeni telefona köçürmək gözümə dururdu. Yəni komfort zonamdan çıxmaq istəmirdim Ona görə də vaxtı uzatmağa çalışırdım. Amma daha mümkün deyildi.
Düşündüyümdən daha çətin vəziyyətlə qarşılaşdım. Telefon əlimdən elə möhkəm düşmüşdü ki, sensoru normal işləmir, ekranı düz- əməlli görünmürdü. Ona görə də bir saatlıq işi bir günə gördüm. Nömrələri düz bir günə yeni telefona köçürdüm. Deyinə- deyinə, özümü danlaya- danlaya. Özümə telefonu əlimdən saldığıma görə yox, vaxtında onu niyə dəyişmədiyimə görə əsəbləşirdim.
Həyatda belə hadisələr az olmur. Bəzən həyatımızda elə insan olur ki, onu bütün imkanlarla tutub saxlamağa çalışırıq. Hər şeyinə göz yumuruq, nöqsanlarını görməzdən gəlirik. Bəhanələr axtarırıq. Amma durum getdikcə pisləşir: o insan imtina edilməz olduğunu anladıqca özünü daha rahat hiss edir, laqeyd davranışını artırır, xətrimizə dəyməkdən çəkinmir.
İdeal variant bu ritorikaya çox dözümlü yanaşmamaq, vaxtında uzaqlaşmağı, imtina etməyi bacarmaqdır. Amma bəzi hallarda bacarmırıq. Tutub yapışırıq. Bəhanələr axtarırıq. Düzələcəyinə ümid edirik. Həm də qorxuruq: “İmtina etsəm, darımayacam ki? Axı indi istəyəndə zəng edə, səsini eşidə bilirəm. Bəs sonra?”. Yəni yenə də eyni şey: komfort zonadan çıxa bilməmək. Daha doğrusu, bunu istəməmək.
Amma münasibətlərdəki ziddiyətlər getdikcə böyüyür, çatlar artır. Günün birində başa düşürük ki, daha əllə tutula bilən bir şey yoxdur. Yorulduğumuzu hiss edirik. Yalnız həmin anda, nəhayət, imtina etmək barədə düşünür, reallıqları anlayır və ona uyğun qərar veririk. Yəni ən başda etməli olduğumuzu ən sonda edirik. Bu isə o qədər də asan başa gəlmir. “Sınmış hissələri” yığmağa başlayırıq.
Beləliklə, işləməyən, faydasız əşyaları necə elə ilk gündə atmalıyıqsa, bizi yoran insanları da elə ilk vaxtlarda həyatımızdan çıxarmalıyıq.
Kənan Novruzov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Britninin filmi çəkilir – onlardan biri oynayacaq
07:00 02.09.2026
Şou
Ödü qatı olanların qanı da qatı olur - Onkoloq
06:26 02.09.2026
Sağlamlıq
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm