QMİ-nin bu xalqa vurduğu zərbə hələ çox sonra bilinəcək
Yusif Nəzərli
05:20 18.02.2022
Cəmiyyət
382
Turan İrfan: "İllərdir məscidlərə savadsız, cahil, irançı mollaları doldurublar"
"Simvolik olaraq QMİ-ni saxlamaqla bütün səlahiyyətlərini Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə vermək lazımdır"
Milli Məclisin sonuncu iclasında “Dini etiqad haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı deputat Məlahət İbrahimqızı ilə vitse-spiker Fəzail İbrahimli arasında mübahisə yaranıb. Parlamentin sədr müavini deputatın ötən iclasda qaldırdığı məsələyə münasibət bildirərkən yer üzündə cəhalətə qarşı qanunun qəbul olunduğu və ya orada cəhalətin kökünün kəsildiyi ölkənin olmadığını bildirib. Fəzail İbrahimlinin fikirlərinə Məlahət İbrahimqızının cavabı isə mübahisəni daha da alovlandırıb. Vitse-spikerlə aralarında baş verən mübahisə haqqında mətbuata açıqlama verən millət vəkili Məlahət İbrahımqızı yaşanmış hadisənin normal olduğunu bildirib. Vurğulayıb ki, parlament müzakirə və polemika yeridir: “125 millət vəkili var, fərqli partiyalar var. Burada əlbəttə ki, kiminsə dediyini o birilər təkrar edəsi deyil. Problemlə bağlı vitse-spiker də həmin düşüncədə idi. Onun baxışı, yanaşması başqa cür idi, mənim yanaşmam başqa cür. Anlaşmazlıq oldu bitdi, burada nə var ki? Necə uyğun olacaq, qanuna sala biləcəklərmi, bunun mexanizmini ekspertlər bilirlər. Məsələni uzatmaq düzgün deyil”. Parlamentari qeyd edib ki, XXI əsrin üçüncü minilliyində dinimizin gözəlliyini, elmiliyini təbliğ etməliyik: “Yüz il bundan öncə Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir kimi ziyalılarımızın mübarizə apardığı cahillik, xurafat və mövhumata qarşı biz də mübarizə aparmalıyıq. Tibb və təhsil işçiləri üçün təkmilləşdirmə kursları, sertifikasiya təşkil olunduğu kimi, dini ibadət yerlərində çalışan ilahiyyatçılar da xüsusi imtahandan keçirilməlidir”.
Milli Məclisdə yaşanmış polemika ilə bağlı “Şərq”ə danışan ilahiyyatçı Turan İrfan deyib ki, belə müzakirələr parlamentin canlanması üçün vacibdir. Ekspertin sözlərinə görə, əslində hər iki millət vəkili haqlı idi, sadəcə anlaşmazlıq yarandığı üçün bir-birini yaxşı başa düşmədilər:
“Cahil sözünü “savadsız”la əvəz etsəydilər daha yaxşı anlaşılardı. Yaxını vəfat edən şəxs gedib məsciddən molla gətirir. O haradan bilsin ki, gələn molla savadsızdır, cahildir və ya İran agentidir? Nə bilsin ki, molla gəlib İranın siyasi təbliğatını aparacaq, yaxud ağı deyəcək, nağıl danışacaq. Belə hadisə baş verirsə, günahı aidiyyəti qurumlardadır. Qafqaz Müsəlmanları İdarəsinin bu xalqa vurduğu zərbə, ziyan hələ çox sonra bilinəcək. İllərdir məscidlərə savadsız, cahil, irançı mollaları doldurublar. Bu idarə ümumiyyətlə, Rusiya və İrana xidmət edir. Konkret olaraq “İranın ikinci səfirliyi” kimi fəaliyyət göstərir. Hətta dini bayramları belə türk-müsəlman aləminin əksinə, İranla eyni gündə qeyd edirlər”.
T.İrfan “QMİ ləğv olunmalıdırmı” sualına cavabında bildirib ki, idarə qalsa belə onun xaricə alət olmasının qarşısı alınmalıdır:
“Əslində bu idarənin elə bir funksiyası yoxdur. Gürcüstan QMİ-dən çoxdan ayrılıb. Rusiyada da bu idarənin sözünə qulaq asan yoxdur. Simvolik olaraq QMİ-ni saxlamaqla bütün səlahiyyətlərini Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə vermək lazımdır. Dinimizi qaragüruh, xurafatçı, ora-bura işləyən mollalardan azad etmək üçün mütləq dövlət bu işə qarışmalıdır. Bir şəxsin nüfuzuna görə bütöv xalqın mənəviyyatını, inancını oyuncağa çevirmək olmaz. İdarə sədrinin xətri üçün dinimizi məhv etməyə haqqımız yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
17:41 30.10.2026
Gündəm