
Qurban kəsmək kimlərə vacibdir?- İlahiyyatçıdan açıqlama
11:01 04.06.2024
Cəmiyyət
624
Bu il Qurban bayramı iyunun 16-da qeyd olunacaq. İslam dünyası üçün böyük əhəmiyyət kəsb edən bu bayram dörd gün davam edəcək.
Müsəlmanlar Qurban bayramında Allahın rizasını qazanmaq üçün müəyyən meyarlara uyğun heyvanları düzgün şəkildə kəsərək dini vəzifələrini yerinə yetirəcəklər.
Bu zaman isə vətəndaşları maraqlandıran bəzi nüanslar var. Məsələn, qurbanı nə vaxt kəsmək lazımdır? Kimlər qurban kəsməyə borcludur?Kredit kartı və yaxud hissə-hissə ödəməklə qurban kəsmək olar? Quzu yerinə, başqa heyvan kəsmək nə dərəcədə doğrudur?
İlahiyyatçı Hacı Atif İsmayılov “Sherg.az”a bildirib ki, əslində Qurban bayramı Həcc əməlidir:

"Yəni, Allahın evini ziyarət edənlər Həccin bütün əməlləririni yetirdikdən sonra, qoç, iribuynuzlu və yaxud dəvə kimi heyvandan qurban kəsir. Amma həcc ziyarətində olmayan insanlara Qurban kəsmək vacibi əməl deyil, hər kimin imkanı varsa , həmin gündə yuxarıda qeyd edilən heyvanlardan kəsib kasıb və ehtiyaclı insanlara versə, savab və yaxşı iş görmüş sayılar. Amma Həcc ziyarətində olanlar Zilhiccə ayının 10- Həccin əməllərini bitirəndən sonra kəsməlidirlər. Həccdə olmayan şəxslər isə həmin günü səhəri gün nə zaman istəsə, qurban kəsə bilərlər. Amma imkanı olmayan insanların kredit və ya borc edərək qurban kəsməsi vacibi əməl deyil, buna heç bir zərurət yoxdur. Bir neçə nəfər öz aralarında müəyyən bir vəsait yığıb bir, iki və daha çox heyvan kəsib kimsəsiz, maddi durumu zəif olan şəxslərə paylasa,savab hesab olunar. İslamin bizə tövsiyə etdiyi Qurbanlığın hökmü də bu cürdür. İri-xırda buynuzlu, quzu , qoç, keçi , dəvə və s heyvanlarin kəsilmə seçimi insanların maddi durumundan asılı olaraq dəyişir. Allah bütün xalqımızın, həm ziyarətini həm də kəsdiyi qurbanları qəbul etsin ”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya
Akif İslamzadənin vəziyyəti ilə bağlı OĞLUNDAN AÇIQLAMA
13:54 11.05.2026
Mədəniyyət
Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib
13:41 11.05.2026
Dünya
Ukrayna Putinin təklifini rədd etdi
13:33 11.05.2026
Gündəm
Suriya WUF13-də iştirak edəcək
13:26 11.05.2026
Siyasət
Gürcüstan yeni Katolikos-Patriarxını seçir
13:19 11.05.2026
Cənubi Qafqaz