Ramazan ağılları qarışdırdı: Aprelin 13-ü, yoxsa 14-ü?
Məlahət Rzayeva
16:43 04.04.2021
Cəmiyyət
918
Ramazan ayına sayılı günlər qalır. Və yenə də suallar, fərqli tarixlər ortaya çıxır. Qafqaz Müsəlmanları İdarəsinin 2021-ci ilin aprel ayı üçün təqdim etdiyi, hicri-qəməri təqvimi ayları və gündəlik namaz vaxtları əks olunan cədvəldə builki Ramazan ayının başlanğıcı 14 aprel tarixi göstərilir.
Yəni, bu il Ramazanın 1-i aprelin 14-dür. Aprelin 13-ü isə, deməli niyyət axşamıdır. İlk imsaq aprelin 14-ü olacaq və orucluq başlayacaq. Lakin Türkiyə Diyanet İşləri Başkanlığı bu il Ramazanın aprelin 13-dən başladığını elan edib. Diyanet Başkanlığının dini günlət təqvimində isə Ramazan 2021-in başlanğıcı 13 aprel 2021-ci il, həftənin çərşənbə axşamıdır. Yəni, Türkiyədə ilk oruclar aprelin 13-də saxlanılacaq. Ramazan ayının son orucu isə mayın 12-də bitəcək. Ramazan bayramı isə mayın 13-də qeyd ediləcək. Bizdə isə aprelin 14-ü başlayacaq və yəqn ki, bayramı da mayın 14-ü elan edəcəklər. Oruc tutmağa niyyətlənənlər yenə çaşbaş qalacaq.
Cədbəllərdən göründüyü kimi bu il də Ramazan ayının başlanğıcı və başa çatmasıyla bağlı artıq adət etdiyimiz gün, zaman fərqi yaşayacağıq. Bu məsələ neçə ildir, həllini tapmır. Aramızda əlimizi uzatsaq yetəcək qədər məsafə olan bir ölkə ilə Ramazan ayının başlanması tarixində nədən gün fərqi yarandığının düz əməlli izahını kimsə verə bilmir. Aranı sakitləşdirmək üçün din xadimləri asan üsul tapıblar: “ehtiyat vacibə görə 1 gün əvvəldən oruc tutun. Babalı bizim boynumuza. Bayramı da, özünüz bilin, kim 30 gün oruc tutubsa, bayram etsin, 29 gün tutanlar 1 gün artıq oruc saxlasın”. Əladı! Babalı onların boynuna.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
06:43 07.08.2026
Cəmiyyət
“Chanel” birinciliyi heç kimə vermir
06:06 07.08.2026
Relaks
Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb, xəsarət alan var
05:25 07.08.2026
Gündəm
Almaniyada iki İraq vətəndaşı terror şübhəsi ilə saxlanılıb
03:33 07.08.2026
Dünya
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət