Regionlarda süni su hövzələrində boğulub ölənlərin sayı artır – Nəzarət yoxdur ?
Nihat Müzəffər
08:27 24.07.2019
Cəmiyyət
1245
Son zamanlar dənizdə, müxtəlif süni su hövzələrində boğularaq dünyasını dəyişən insanların sayı artıb. Xüsusən də, regionlarda heç bir zaman təmizlənməyən, təhlükəsizliyi təmin olunmayan su anbarı və kanallarda boğulub ölənlərin sayı hər ötən gün çoxalır. Yaşından aslı olamayaraq uşaqlar, yeniyetmələr hətta böyüklər belə sərinlənmək üçün bu cür su hövzələrinə baş vururlar. Lakin sonu faciə ilə nəticələnir.
Maraqlıdır, həmin su hövzələrinə niyə nəzarət edilmir ?
Suallarımızı cavablandıran təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev “Sherg.az”a bildirib ki, bu kimi məsələlərə nəzarət olunmasa, daha pis hadisələr yaşanacaq:
“Yay mövsümü gələndən insanlar sərinləmək, həm də istirahət üçün çimərliklərə üz tuturlar. Təbii ki, yayda istirahət üçün ən gözəl seçim məhz çimərliklərdir. Lakin bəzi insanlar öz həyatlarını təhlükəyə ataraq süni su hövzələri, su anbarları, kanal, çaylar və göllərə üz tutur. Həmin yerlərdə çimərək “istirahət etmiş” olur. Bunun nə dərəcədə təhlükəli olduğunu nəzərə almır.
Su anbarları, kanallar və s. bu kimi yerlərin təyinatı çimmək üçün nəzərdə tutulmayıb. Həmin su hövzələrinin dibində konserv qabı, qırılmış şüşə parçası, sınıq butulka kimi deşici, kəsici əşyalar toplanıb.
Eyni zamanda göldə suyun dibinin lil olması, bataqlıq yaratması suya düşən insanın oradan çıxması xeyli çətinləşdirir və bəzən həmin adam batıb ölür. Çünki lilə batan insan çıxmağa çalışdıqca daha da dərinə batır.
Bu cür yerlərdə çimmək çox təhlükəlidir. Kanallarda suyun üzündəki axın sürəti ilə altındakı axın sürəti arasında üç dəfə artıq fərq var. Bunu orada çimənlər nəzərə almırlar və öz həyatlarını belə təhlükəyə atırlar. Yay mövsümü bizdə üç ay olur. Və bu üç ayda xeyli insan bu kimi yerlərdə çimərək həyatlarını itirir.
Hesab edirəm ki, süni su hövzələri dövlət tərəfindən nəzarət götürülsə, ora FHN-nin sularda xilasetmə xidməti və DİN-nin müvafiq bölmələri ilə “naryad” ayrılarsa, bunun qabağını almaq olar.
Ümumiyyətlə, bu süni su hövzələrindən, kanaldan və göllərdən çimərlik kimi istifadə edənlərlə bağlı qanun layihəsi hazırlanmalıdır. Beləliklə də həmin yerlərə nəzarət edən qurumun hansı tədbirləri görəcəyi bəlli olar.
Bu kimi yerlər əsasən də süni su hövzələri və göllər ya bələdiyyələrin balansında olur, ya da hansısa özəl və ya dövlət müəssisəsinə uzun müddətlik icarəyə verilir. Bununla da heç bir təhlükəsizlik məsələlərinə nəzarət olunmur. Ona görə də insanlar həyatını itirir”.

Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
20:11 30.04.2026
Cəmiyyət
Sumqayıtda beş min abonent SUSUZ QALACAQ
19:59 30.04.2026
Sosial
Kamran Əsədovun məhkəməsi keçirilib
19:22 30.04.2026
Hadisə
Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində 17 nəfər ölüb
19:15 30.04.2026
Dünya
Dağıstanın rəhbəri dəyişir
19:07 30.04.2026
Dünya
CNN: ABŞ viza qaydalarını sərtləşdirir
19:00 30.04.2026
Dünya
Kreml: Putin Trampı 9 May Moskva paradına dəvət etməyib
18:52 30.04.2026
Dünya
Peskov açıqladı: Atəşkəs qərarı birtərəfli şəkildə icra olunacaq
18:50 30.04.2026
Gündəm
Bakı uyğun bilsə, Ərdoğan İrəvana gedər - TÜRK EKSPERTDƏN RƏY
18:22 30.04.2026
Gündəm
Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
18:17 30.04.2026
Gündəm
Hipertenziya ilə hipertoniya eyni deyil - Vaqif Qarayev
18:12 30.04.2026
Sağlamlıq
Milli Məclisin sədri Britaniya səfiri ilə görüşüb
17:48 30.04.2026
Gündəm
Okamponun açıqlamaları ciddi suallar doğurur - ŞƏRH
17:42 30.04.2026
Siyasət
Himnimizi bərpa edərək Millətimizə qaytaran böyük bəstəkar
17:32 30.04.2026
Mədəniyyət