Rəqabət mühiti xaos yaradıb
Yusif Nəzərli
02:26 25.10.2022
Cəmiyyət
469
Azərbaycanda həqiqətən taksi fəaliyyətinin təkmilləşdirilməsinə ehtiyac var
"Xüsusilə təcrübəsiz sürücülərin şirkətlərdə taksi fəaliyyətinə cəlb olunması zaman-zaman qəzalara gətirib çıxarır ki, bu da vətəndaşları ciddi narahat edir"
Bakının müxtəlif ərazilərində qanunsuz parklanma və taksi fəaliyyəti ilə bağlı reydlər keçirilib. Polis əməkdaşları nöqsan aşkar etdikləri avtomobillərlə bağlı tədbirlər görüblər. Paytaxtda keçirilən reydlərə Bakı Dövlət Yol Polis İdarəsi ilə yanaşı Bakı şəhər İcra Hakimiyyəti, Bakı Nəqliyyat Agentliyi və Dövlət Vergi Xidmətinin əməkdaşları cəlb olunub. Monitorinqlərin keçirilməsində məqsəd taksi fəaliyyətinin qanunauyğun formada tənzimlənməsidir.
Reyd zamanı AZTV-nin müxbirinin sualına cavab verən sürücü Ramazan Məmmədov əvvəlcə sənədlərinin tam qaydasında olduğunu deyib. Ardınca isə fərqlənmə nişanının olub-olmadığını bilmədiyini söyləyib.
Nəqliyyat və yol məsələləri üzrə ekspert Ərşad Hüseynov isə hesab edir ki, Azərbaycanda taksi fəaliyyətinin təkmilləşdirilməsinə ehtiyac var. Həm qiymət fərqliliyi, həm də keyfiyyət baxımından bu sahədə müsbət yeniliklərin edilməsi zəruri hesab olunur. Xüsusilə təcrübəsiz sürücülərin şirkətlərdə taksi fəaliyyətinə cəlb olunması zaman-zaman qəzalara gətirib çıxarır ki, bu da vətəndaşları ciddi narahat edir:
“Azərbaycanda taksi fəaliyyəti ilə məşğul olanların sayı durmadan artır. Bir çoxları isə qanunvericiliyin tələblərinə cavab vermədən bu fəaliyyətlə məşğul olmaqda davam edir. Son reydlər də Azərbaycanda fəaliyyət göstərən taksilərin çox az hissəsinin qanunauyğun fəaliyyət göstərdiyini sübut etdi".
Taksi xidmətinin keyfiyyətinə gəlincə isə ekspert bu istiqamətdə işlərin görülməsinin vacibliyini diqqətə çatdırıb:
“Əvvəla, yol hərəkəti təhlükəsizliyi, taski sürücülərinin iş və istirahət rejimi, taksi fəaliyyətinin qanun çərçivəsində həyata keçirilməsidir. Hazırda rəqabət mühitini təhlil etsək görərik ki, taksi sürücüləri ilə sərnişinlər arasında əlaqə yaradan şirkətlər rəqabətlərini sürücülərin hesabına qururlar. Onlar işlərini elə qurublar ki, sürücülər sutka ərzində 14 saat işləməlidir, bu da qanuna ziddir. Çünki əmək qanunvericiliyi, nəqliyyat sahəsində sürücülərin fəaliyyətinə dair qanunvericilik sürücünün bir sutka ərzində cəmi 8 saat işləməsinə icazə verir. Nəticədə yanlış manevrlər, qəzalar olur. Həmin şirkətlər öz aralarındakı rəqabəti gediş haqqına görə qururlar. Gediş haqlarında da sürücüyə düşəcək məbləğdə ciddi problemlər olur. Bəzən kartla ödəniş zamanı ƏDV-lərin çox çıxılması da aqreqatrların gizli oyunlarından biridir. Sürücülər 14-16 saat işləyirlər ki, normal pul qazansınlar”.
Ə.Hüseynov bildirib ki, şirkətlər taksi fəaliyyəti üçün fərqlənmə nişanı olmayan sürücüləri qanunsuz olaraq xidmətə cəlb edirlər:
“Bu cür rəqabət mühiti xeyli problemin olduğunu göstərir. Görüləcək işlərə gəlincə, həmin şirkətlərin fəaliyyəti, statusu hüquq normaları ilə tənzimlənməlidir. Kimləri xidmətə cəlb edə bilərlər, cəlb etdikləri insanın neçə saat işləməsinə şərait yarada bilərlər, bunlar nəzərə alınmalıdır. Sadalanan məqamlar yerinə yetirilsə, rəqabət mühiti də sağlam olar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm
Lavrov ABŞ-a gedib
11:02 30.10.2026
Dünya
Peskov: Putin Makron və Mertslə danışıqlara hazırdır
10:56 30.10.2026
Dünya
Peskov: Zelenski Putinə hələ zəng etməyib
10:45 30.10.2026
Dünya
Deputat Səyyad Aran Ombudsmanı təriflədi
10:42 30.10.2026
Cəmiyyət