
Saxta yuyucu vasitə problemi: İstehlakçılara dəyən zərər mütləq ödənilmir
11:01 29.08.2024
Cəmiyyət
469
Azərbaycanda saxta və yararsız yuyucu vasitələr, şampun, maye sabun və digər məhsulların istehsalında təqsirli bilinən müəssisə rəhbəri Rövşən Nəriman oğlu İsmayılovun apellyasiya şikayətinə baxılıb. APA xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsində keçirilən iclasda qərar elan olunub. Qərara əsasən, R.İsmayılova Cinayət Məcəlləsinin 200.2.3, 308.2 maddələri üzrə bəraət verilib, CM 29, 200.2.3-cü maddələri üzrə birinci instansiya məhkəməsinin hökmü qismən ləğv olunub. Fiziki şəxs kimi fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Rövşən Nəriman oğlu İsmayılov yuyucu vasitələri, şampun, maye sabun və digər məhsulların saxta və yararsız istehsalında təqsirli bilinib. Barəsində Cinayət Məcəlləsinin 200.2.3 və 29,200.2.3 maddələri ilə cinayət işi açılan sahibkar ümumilikdə 232 750 manat dəyərində keyfiyyətsiz mal satıb, istehlakçıları aldatmaqda ittiham edilib.
Həmin məhsullar müvafiq müqavilələr əsasında Bakı, Sumqayıt və ölkənin rayonlarda fəaliyyət göstərən iri ticarət obyektlərinə və marketlərə satılıb. Rövşən İsmayılov məhkəmədə özünü təqsirli bilməyib.
Məhkəmənin qərarı ilə iş adamı 1 il 6 ay müddətində dövlət, yerli özünüidarəetmə orqanlarında və kommersiya təşkilatlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilib, 8000 manat cərimə olunub. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökmü çıxarılıb. Həmçinin müxtəlif ünvanlarda aşkar edilmiş külli miqdarda istifadə müddəti bitmiş məhsulun məhv edilməsinə qərar verilib. Maddi sübut olan və Baş Prokurorluğun Azərbaycan Beynəlxalq Bankında olan depozit seyfində saxlanılan Rövşən İsmayılova məxsus 6 582 manat, 48 618 manat, 46 198 dollar, 1225 avro, 95 ingilis funt-sterlinqi, 45 000 İran rialı, 5 dinar, 1000 rus rublu dövlət nəfinə müsadirə edilib.
Qeyd edək ki, ölkədə yetərincə saxta yuyucu vasitələrin istehsal olunduğu sexlər var. Maraqlıdır, həmin sexlər məhsulu əldə etmək üçün xammalı necə əldə edir?
Məsələ ilə bağlı danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov ‘’Sherg.az’’a bildirib ki, Azərbaycanda malların geri çağırılma mexanizmi yoxdur:

''İstehlakçılara dəyən zərər mütləq ödənilmir. Çünki həmin saxta mallardan istehlakçıların ələrində yaralar əmələ gələ bilər. Əlavə olaraq standartlara uyğun olmayan yuyucu tozlar su mənbələrinə axıdılaraq floranı korlayır. Bir sözlə, bütün bu zərərlər hesablanmalıdır. Əfsus ki, Azərbaycanda dövlətin biznes qurumları üçün yaratdığı son dərəcə rahat şəraitdən sui-istifadə edirlər. Bununla dövlətin qanunlarını pozaraq vətandaşları aldadırlar. Hazırda saxta avtomobil hissələri ilə bağlı araşdırmalar aparıram. Ölkədə külli miqdarda saxta avtomobil hissələri var. İnsanlar isə buna görə, xeyli ziyana düşərək maşınları sıradan çıxır. Bütün bunların səbəbi isə 1995-ci ildə ölkədə istehlakçıların hüquqlarını müdafiəsi haqqında qanuna hələ də dəyişiklik olunmamasıdır. Dəyişikliklər yalnız istehlakçının zərərinə aparılıb. Beləki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət xidməti agentliyə çevrilib və cənab prezidentə tabe olub. Düşünürəm ki, burdan bir çoxları istefa verməlidir. Quruma yeni qüvvələr cəlb olunmalıdır. Həmçinin, onlar istehlakçı hüquqlarının qorunmasına nəzarət etməlidirlər. Yalnız kimyəvi yuyucu vasitələrdə deyil, digər sahələrdə də problemlər mövcuddur. Düzgün bizneslə məşğul olan bisnes qurumları qaçaqmalçıların ucbatından müflis vəziyyətə düşürlər. Buna gömrük orqanları, Əqli Mülkiyyət Agentliyi biganə qalır. Fikrimcə, ölkədə AİB kimi, 100-lərlə təşkilat olmalıdır. Sözügedən hadisəyə gəlincə, həmin şəxsə yüngül cəza verilib. İstehlakçılara dəyən ziyan hansısa yolla konpensasiya olunmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Aİ Rusiyaya qarşı yeni sanksiyaları qəbul etməkdə aciz qala bilər
21:31 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi