Səfər Mehdiyevin daha bir adamı işdən çıxarıldı - FOTO
Yusif Nəzərli
06:38 10.10.2022
Cəmiyyət
327
Dövlət Gömrük Komitəsinin (DGK) sabiq sədri, general-polkovnik Səfər Mehdiyevə yaxınlığı ilə tanınan daha bir yüksək vəzifəli şəxs işdən çıxarılıb.
“Qaynarinfo”nun məlumatına görə, Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırovun əmri ilə gömrük xidməti polkovniki Əjdər Abdullayev Komitənin Növbətçi Hissələri İdarəetməsi Xidmətinin rəisi vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.
Qeyd edək ki, Abdullayev Əjdər Alı oğlu 1998-ci ildən indiyədək Gömrük Komitəsində inspektor, Növbətçi Hissənin rəisi işləyib.
Xatırladaq ki, avqustun 4-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri vəzifəsini icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırovun əmri ilə “Azərterminalkompleks” İstehsalat Birliyinin rəis müavini Zeynal Tarquluyev və Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük idarəsinin şöbə rəisi Rəfail Niftəliyev vəzifəsindən azad edilib.
Zeynal Tarquluyev Səfər Mehdiyevin qaynı, Rəfail Niftəliyev isə baldızı oğludur.
Eyni zamanda, S.Mehdiyevin kadrlarından olan Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Təmkin Xəlilov da avqustun 5-də təqaüdə göndərilib.
Dövlət Gömrük Komitəsi Katibliyinin rəisi Şükürov Muxtar Fazil oğlu da işdən çıxarılanlar siyahısındadır. O, avqustun 16-da vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.
Sentyabrın 6-da Komitənin Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi, general-mayor Kənan Məmmədov bu səbəbdən tutduğu vəzifədən azad olunub.
Bundan başqa, sentyabrın 16-da Dövlət Gömrük Komitəsinin İnsan Resursları İdarəsinin rəisi Fərhad Fərrux oğlu Babayev öz xahişi ilə vəzifəsindən azad olunub. Fərhad Babayev DGK-nın sabiq sədri Səfər Mehdiyevin tələbə yoldaşı olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron Ermənistana gəlir - Təcili
22:09 19.02.2026
Dünya
ABŞ “Sülh Şurası”na 10 milyard dollar ayıracaq
21:30 19.02.2026
Dünya
Stiv Uitkoff Türkiyəyə belə təşəkkür etdi
21:18 19.02.2026
Dünya
Kənan MM Orxan Saffarinin valideynlərindən üzr istədi
21:07 19.02.2026
Cəmiyyət
Tramp: Bizə bəzi ölkələr lazım deyil, çünki onlar baş ağrısıdırlar
20:54 19.02.2026
Dünya
Çətin mərhələ başladı:Sınaqlardan qaça bilməyəcək BÜRCLƏR
20:36 19.02.2026
Maraqlı
“Cənubi Qafqaz Rusiyanın əlindən çıxır” - ANALİTİK
20:30 19.02.2026
Gündəm
“8 müharibəni bitirdik, 9-cusu yoldadır” - Tramp
20:25 19.02.2026
Gündəm
Tramp: İranla mənalı bir razılaşma əldə etməliyik, əks halda...
19:50 19.02.2026
Dünya
Ramazanın ikinci günü: Dua, imsak və iftar vaxtı
19:31 19.02.2026
Cəmiyyət
Üzərlik xəbərdarlığı Rusiyayla bağlı məsələdir - EKSPERT
19:28 19.02.2026
Gündəm
İlham Əliyev Vaşinqtonda Nikol Paşinyanla ayaqüstü söhbət edib
18:59 19.02.2026
Siyasət
AZAL-dan Rusiyaya üzərlik aparanlara - Xəbərdarlıq
18:44 19.02.2026
Cəmiyyət