Təhsil eksperti İlqar Oruclu: "Bir-iki şəhid xanımını təhsil haqqından azad etməklə özəl ali təhsil müəssisələrinin gəliri azalmaz"
Şəhid ailə üzvləri üçün pulsuz təhsil: Universitetlər acından ölür?!
10:28 24.08.2023
Cəmiyyət
451
Şəhid ailələrinə hörmət, ehtiram göstərmək hər kəsin borcudur
Təhsil eksperti İlqar Oruclu: "Bir-iki şəhid xanımını təhsil haqqından azad etməklə özəl ali təhsil müəssisələrinin gəliri azalmaz"

Təhsil eksperti İlqar Oruclu: "Bir-iki şəhid xanımını təhsil haqqından azad etməklə özəl ali təhsil müəssisələrinin gəliri azalmaz"
Özəl ali təhsil müəssisələrinin şəhid ailələrindən təhsil haqqı tələb etməsi cəmiyyətdə xoş qarşılanmayıb.
Təhsil eksperti Adil Vəliyev də sosial media hesabında bu barədə yazıb: “Bu gün bir şəhid xanımının ixtisas seçimini edəndə öyrəndim ki, onlar təhsil haqqından azad deyilmişlər. Təhsil haqqından azad etmək hər universitetin öz qərarına qalıbmış. Xanımın istədiyi özəl universitetlə əlaqə saxladım, təəssüf ki, təhsil haqqından azad olmadıqlarını bildirdilər.
Neçə nəfər şəhid xanımı təhsil almaq istəyir ki, bu məbləğ universitetlər üçün ağır gəlir?!.. Hamısı ali təhsil almaq istəsə belə, bu xidmət onlar üçün əlçatan və ödənişsiz formada olmalıdır”.
Sözügedən yazıya “koment” yazan Fariz Həsənli isə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna istinadən yazıb ki, şəhidin yoldaşı da şəhid ailəsi statusundadır. Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında qanunun birinci maddəsində Şəhid yoldaşının şəhid ailəsi sayılması, üçüncü maddəsində isə Şəhid ailəsinin dövlət ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda ödənişli formada təhsil alanlar təhsil haqqını ödəməkdən azad olunması qeyd olunub. Özəl müəssisə özbaşına deyil.
Anar Salehoğlu isə bu halı biabırçılıq kimi dəyərləndirib: “Universitetlər acından ölürlər? Bir neçə nəfər Şəhid xanımı üçün pulsuz təhsil imkanı yarada bilmirlər? Bunu edə bilmirlərsə bağlasınlar müəssisələrini otursunlar evlərində. Ayıbdı, belə məsələlər ilə müqəddəs Şəhidləri yad etmək olmaz. Utanmırlar hələ təhsil haqqından azad etmədiklərini də dilə gətirirlər”.
Ramil Rəfizadə:
Sənin həyat yoldaşın bu vətənin azadlığı üçün canını fəda etsin, Şəhid olsun amma sənə təhsil almaq üçün imkan şərait və maddi kömək olmasın. Kimin yerinə xəcalət çəkək bilmirik, bəlkə də elə öz yerimizə xəcalət çəkək ki, o Şəhidin xanımına arxa ola bilmirik.
Təhsil eksperti İlqar Oruclu isə “Sherg.az"a açıqlamasında deyib ki, müvafiq qərara əsasən dövlət və ya özəl ali məktəbi seçməsindən asılı olmayaraq şəhidin övladı təhsil haqqı ödəməkdən azaddır:
“Şəhid xanımları isə dövlət ali və orta ixtisas təhsil müəssisələrində təhsil haqqından azaddır. Özəl təhsil müəssisələrində isə belə bir öhdəlik yoxdur. Amma vacib deyil ki, bu məsələ dövlət tərəfindən şərt kimi tələb olunsun. Özəl təhsil müəssisələri bu dövlətin vətəndaşlarının, orada oxuyan tələbələrin, onların valideynlərinin vəsaitləri sayəsində fəaliyyət göstərir. Qanunda olmasa belə insafı olan özəl ali təhsil müəssisəsi bunu özü etməlidir. Neçə şəhidimizin xanımı ali təhsil almaq üçün imtahan verib ki!? Barmaqla sayılacaq qədər azdır onların sayı... Axı o xanımların həyat yoldaşları bu millət, bu dövlət uğrunda canından keçib. Bir-iki şəhid xanımını təhsil haqqından azad etməklə özəl ali təhsil müəssisələrinin gəliri azalmaz. Hər bir azərbaycanlı kimi şəhid ailələrinə hörmət və ehtiram göstərmək o müəssisələrə rəhbərlik edən şəxslərin də borcudur. Bu xanımlar tək ailə başçılarıdır, təhsil almaları mütləqdir. Ümid edirəm ki, o xanım ali məktəbə daxil olduqdan sonra həmin müəssisə öz səhvini düzəldəcək və şəhidimizin əmanətinin təhsil haqqı müəssisə tərəfindən qarşılanacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm
Rusiya və Çin müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər
20:04 24.04.2026
Dünya
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
19:55 24.04.2026
Dünya
Dünyanın zirvəsinə gedən yolda gözlənilməz maneə
19:54 24.04.2026
Dünya
İran üç ölkəyə uçuşları bərpa edir
19:48 24.04.2026
Region
Lavrov: Qərb Rusiyaya müharibə elan edib
19:48 24.04.2026
Dünya
Qəhvə içib yatsanız nə olar? - ARAŞDIRMA
19:40 24.04.2026
Sağlamlıq
Məşhur müğənni Ərdoğana görə istintaqa çağırıldı
19:34 24.04.2026
Şou
Aİ səfiri Gürcüstan XİN-ə çağırılacaq
19:19 24.04.2026
Cənubi Qafqaz
Kosta: Aİ İrana qarşı sanksiyaların ləğvi perspektivini görmür
19:11 24.04.2026
Dünya
ABŞ müdafiə naziri: Hərbçilərimiz Nobel Sülh Mükafatını almalıdır
19:03 24.04.2026
Dünya
Netanyahu prostat xərçənginə görə əməliyyat olundu
18:56 24.04.2026
Dünya
Ukrayna AB-yə dərhal qoşula bilməz - Merz
18:33 24.04.2026
Dünya