Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirə yekun vurulub
Yusif Nəzərli
11:58 06.11.2022
Cəmiyyət
325
8 Noyabr- Zəfər Günü münasibətilə şəhid jurnalist Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə keçirilən həvəskar komandalardan ibarət Ənənəvi Futbol Turnirində mükafatçılar bəlli olub.
"Report"un məlumatına görə, əvvəlcə yarışdakı komandaların üzvrləri Məhərrəm İbrahimov və Sirac Abışovun məzarını ziyarət ediblər.
İlk olaraq üçüncü yer uğrunda görüş baş tutub. "Ada Təpə" "Ardanış"ı 3 cavabsız qolla üstələyib. Finalda isə "Göyçə" "Novoivanovka" ilə üz-üzə gəlib. Qarşılaşmanın əsas və əlavə vaxtı qolsuz bərabərliklə yekunlaşıb. Penaltilər seriyasında rəqibini 5:3 hesabı ilə üstələyən "Novoivanovka" turnirin qalibi olub.
Daha sonra mükafatlar, medallar və hədiyyələr təqdim edilib. Ən yaxşı oyunçusu adına "Göyçə"dən Səhman Xasıyev layiq görülüb. Yarışın bombardirləri "Ada Təpə"dən İsa İsayev, "Media"dan Rüstəm Abdullayevdir. Ən yaxşı qapıçı “Novoivanovka”dan Əmil Bayramov, ən gənc oyunçu onun komanda yoldaşı Murad Vəliyev, ən yaşlı futbolçu "Göyçə"dən Nəriman Həsənli olub. "Sadaxlı" isə ən intizamlı komanda kimi fərqləndirilib.
Xatirə turnirinin əl işindən hazırlanmış rəmzi kuboku Məhərrəm İbrahimovun övladları - Uğur İbrahimli və Toğrul İbrahimli təqdim ediblər.
Turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, Məhərrəm və Siracın timsalında şəhid olan igidlərin öz peşələrindən əlavə, idmana olan marağını gənclərə aşılamaq, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir.
İştirakçılar arasında 44 günlük Vətən müharibəsi zamanı ön cəbhələrdən şəhid həmkarları kimi operativ xəbərlər, reportajlar hazırlayan jurnalistlər də olub. Şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov "Ardanış", Sirac Abışovun qardaşı Şirzad Abışov isə “Media” komandasında çıxış edib.
“Sultan keramik” və “Bee Tours”un sponsorluğu, “Mister Tum”un tərəfdaşlığı ilə keçiriləcək Ənənəvi Xatirə Turnirinə informasiya dəstəyini "Report" İnformasiya Agentliyi və Rakurs.az saytı verib.
Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərin, Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə Azərtac İnformasiya Agentliyinin əməkdaşı 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov (Əlioğlu), Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu xidməti vəzifələrini yerinə yetirərkən həlak olub, dörd nəfər yaralanıb.
Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu, Əliyev Arif Ağalar oğlu və İbrahimov Məhərrəm Əli oğlunu "3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual