Şəhid xanımından Prezidentə MÜRACİƏT: “Bizimlə maraqlanmırlar” – VİDEO
Banuçiçək Kalbalıyeva
13:19 05.03.2021
Cəmiyyət
620
Natiq Mehdiyev: “Niyə savaş bitəndən sonra hərbçilərimiz unudulur?!”
“Vətən darda olanda hərbçilər, insan darda olanda Allah yada düşür”
Təəssüf ki, şahid və qazi ailələrinə hələ də lazımi qayğı göstərilmir. Artıq onların əzizləri bu barədə dövlət başçısına müraciət etməyə başlayıblar. Ağstafa rayon sakini, şəhid Elşən Piriyevin həyat yoldaşı Nazpəri Piriyeva da, nəhayət, ümid yerini Prezidentdə tapıb. Nazpəri xanım müraciətində aidiyyəti qurumlardan heç birinin onunla maraqlanmadığını bildirib. Şəhid xanımı, həmçinin əlavə edib ki, Gürcüstan vətəndaşı olduğuna görə, rəsmi nikaha girə bilməyib. Bu da bir sıra hallarda müvafiq qurumların əlində “bayraq” olur. Amma təəssüf. Çox təəssüf...Necə ola bilər ki, onların sayəsində qələbə sevinci yaşadığımız insanların ailələrinə etinasız yaşadaq?! Bunu nəinki bəndə, heç Allah da götürməz.
Qarabağ müharibəsi qazisi Natiq Mehdiyev şahid xanımının Prezidentə müraciətinə dair fikirlərini “Sherg.az”la bölüşdü. Onun sözlərinə görə, belə bir hal rayonun vəzifəli şəxsləri üçün üz qarası olmalıdır:
“Vətən darda olanda hərbçilər, insan darda olanda Allah yada düşür. Vətən müharibəsi dövründə qəhrəman əsgər və zabitlərimiz həm vətənimizi, həm də arxa cəbhədəki insanlarımızı qorudular.
Niyə savaş bitəndən sonra hərbçilərimiz unudulur?! Prezidentimizin təşəbbüsü ilə şəhid və qazi ailələrinə kömək məqsədilə YAŞAT fondu yaradıldı. Lakin müvafiq qurumlar məsuliyyəti boyunlarından atır və elə bilirlər ki, hər işlə YAŞAT fondu məşğul olmalıdır. Amma belə deyil. Əgər kənddə bir adam narazıdırsa, deməli, yerli sakinlərin hamısı, xüsusilə səlahiyyətli şəxslər qatildirlər”.
N.Mehdiyev, həmçinin dedi ki, bu günün sabahı da var:
“Erməniləri hər birimiz tanıyırıq. Onlara etibar etmək olmaz. Sabah yeni müharibə başlaya bilər. İndi şəhid, qazi ailələrinə qayğı ilə yanaşmaq lazımdır ki, növbəti analoji hadisə zamanı onların qardaşları, qohumları vətəni müdafiə etsinlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messidən sonra Argentina millisində 10 nömrə üçün 3 namizəd
19:33 07.10.2026
Futbol
Azərbaycan səfiri etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
19:29 07.10.2026
Gündəm
Qalibaf: İranın müxalifləri ölkədə zorakılıq yaratmağa çalışır
19:03 07.10.2026
Dünya
Polşada məktəbdə bıçaqlı hücum olub, 10 nəfər yaralanıb
19:02 07.10.2026
Hadisə
Ceyhun Bayramov: “Orta Dəhlizin beynəlxalq ticarətdə rolu artır”
18:46 07.10.2026
Gündəm
BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib
18:15 07.10.2026
Dünya
Kobaxidze: Gürcüstan Ukrayna və Moldovadan min addım irəlidədir
17:56 07.10.2026
Dünya
Hörmüz boğazı bağlanarsa, İran iqtisadi çöküşlə üzləşəcək - ŞƏRH
17:45 07.10.2026
Aktual
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb
17:23 07.10.2026
Sosial
Belarus MDB öllkələrinə çağırış etdi
17:06 07.10.2026
Dünya
Rubio: İran Hörmüz boğazına nəzarəti tamamilə itirib
16:39 07.10.2026
Dünya