Şəhidlərin portretini çəkən rəssam: “Allahdan başqa nə istəyərəm ki?”
Banuçiçək Kalbalıyeva
08:19 28.12.2020
Cəmiyyət
2134
“Onların ailələrinə az da olsa, təsəlli verə bilirəm”
Vətən savaşı bitəndən sonra müxtəlif soydaşlarımız, xüsusilə də gənclərimiz şəhid və qazilərimizin xatirələrini əbədiləşdirmək naminə fərqli təşəbbüslər irəli sürdülər. Kimi kitab yazdı, kimi musiqi bəstələdi, kimi də bir başqa formada ehtiramını göstərdi. BDU-nun Coğrafiya fakültəsinin birinci kurs tələbəsi, gənc və istedadlı rəssam Ziba Həsənova da tarixi zəfərimizə və qələbəni bizə bəxş edən qəhrəmanlarımıza biganə qalmadı. Onun müxtəlif döyüşçülərimizə həsr etdiyi portretlər sosial şəbəkələrdə sürətlə yayıldı, rəğbətlə qarşılandı.
Odur ki, “Sherg.az” olaraq istedadlı və vətənpərvər gəncimizin bu addım barədəki fikirlərini öyrəndik:
“Əslində portretlərin necə meydana çıxdığını özüm də bilmirəm. Bütün bunlar müharibə bitdikdən bir neçə gün sonra, şəhidlərimizə olan sevgi sayəsində baş verdi. İndiyədək Milli qəhrəmanlar Mübariz İbrahimovun, Çingiz Mustafayevin, Əliyar Əliyevin, II Qarabağ müharibəsinin qəhrəmanları Polad Həşimovun, Cəbrayıl Dövlətzadənin, Cavid Mahmudovun, Anar Mürsəliyevin, həmçinin 20 Yanvar şəhidləri İlham və Fərizənin, Larisa Məmmədovanın portretlərini çəkmişəm. Hazırda digər şəhid və qazilərimizin xatirələrini əbədiləşdirməkdəyəm. İctimaiyyətin, o cümlədən BDU rəhbərliyinin təşəbbüsümü dəstəkləməsi məni daha də həvəsləndirdi. Əlbəttə, bu, çox fərəhli və sevindiricidir. Çünki şəhidlərimizin ailələrinə az da olsa, təsəlli verə bilirəm. Allahdan başqa nə istəyərəm ki?”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət
Konfrans Liqası: Neftçi" - "Dinamo" matçının heyətləri açıqlandı
19:25 22.07.2026
Futbol
Qəzet günün salnaməsidir və tarixi yazır - Media eksperti
19:09 22.07.2026
Media