Səlim Müslümovun məhkəməsi: Yeni cinayət işi AÇILDI
Yusif Nəzərli
13:43 09.01.2023
Cəmiyyət
345
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun işi üzrə yeni cinayət işi açılıb.
APA xəbər verir ki, bu barədə bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda bildirilib.
Hakim deyib ki, cinayət işi üzrə dəymiş 20 milyon manat məbləğində ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilib.
İttihamda dəymiş ziyan kimi göstərilmiş 27 milyon manatın 7 milyon manat təşkil edən hissəsi israfetmə epizodu ilə bağlıdır.
Həmin epizod üzrə isə ayrıca cinayət işi açılıb.
Araşdırma zamanı məlum olub ki, bir neçə nazirlik əməkdaşı və işdə adı keçən tenderlərdə qalib olmuş şirkət rəhbərləri fəaliyyətləri zamanı qanunsuzluqlara yol veriblər. Belə olan halda israfetmə kimi göstərilmiş 7 milyon manat da həmin şəxslər tərəfindən ödənilməlidir.
Hakim həmin epizod üzrə qısa məlumat verərək deyib ki, bu günə qədər israfetməyə yol vermiş şirkət rəhbərləri və digər adı keçən şəxslər tərəfindən 1 milyondan artıq vəsaitin ödənilməsi təmin olunub. Hazırda ziyanın qalan 6 milyon manata yaxın hissəsinin də ödənilməsi davam etdirilir.
Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub. Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunur.
Sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Plastik cərrahların sayı artdı
16:41 31.08.2026
Sağlamlıq
Pezeşkian: Ağıllı insan müharibədən uzaq durar
16:25 31.08.2026
Region
Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi
16:24 31.08.2026
Hadisə
“İran uçuruma doğru gedir, Pezeşkian bunu anlayır” - RƏY
16:17 31.08.2026
Siyasət
Benzema Messi ilə yenidən eyni liqada çıxış edə bilər
16:11 31.08.2026
Futbol
İran ordusu: Tramp Hörmüz boğazını ancaq yuxusunda görə bilər
15:57 31.08.2026
Gündəm
Paşinyan və Əliyevin Bişkek görüşünün detalları açıqlanıb
15:48 31.08.2026
Gündəm
Rəcəb Tayyib Ərdoğan Qırğızıstanda səfərdədir
15:45 31.08.2026
Gündəm
Məsud Pezeşkian: İran müharibənin davam etməsində maraqlı deyil
14:57 31.08.2026
Region
Laçının Ağbulaq kəndində “Xatirə bulağı” istifadəyə verilib
14:47 31.08.2026
Qarabağ
Çinin Avropaya Rusiya ilə bağlı gizli vədi üzə çıxdı
14:41 31.08.2026
Dünya
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə