Sərt reaksiya: “Qazi adı ilə dilənçilik edənlərə cəza verilsin” - Video
Banuçiçək Kalbalıyeva
09:48 08.02.2021
Cəmiyyət
695
“Onlarla mübarizə apamaq çətindir”
“Bəzilərindən niyə belə etdiklərini soruşuruq. Cavab bu cür olur: “Çünki pul verirlər”
“İndi də xüsusilə həssas məqamdır. Adımızdan istifadə edənlər daha da artıb”
Son günlər paytaxt küçələrində yeni dələduzluq faktları üzə çıxıb. Belə ki, bəziləri əl-ayaqlarına sarıq bağlayaraq özlərini Qarabağ qazisi kimi təqdim etməyə və pul dilənməyə başlayıblar. Məsələn, elə bu gün paytaxtın Yasamal rayonunda qazi adı ilə dilənən şəxs saxlanılıb.
Məlumata görə, Vətən müharibəsində iştirak etdiyini deyən hərbi formalı şəxs qollarını bintlə bağlayaraq döyüşlərdə yaralandığını deyib və dələduzluqla məşğul olub. Polis tərəfindən keçirilən əməliyyatla həmin şəxs saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub. Əlbəttə, qazilərin adından və vətəndaşların onlara həssas yanaşmasından istifadə etmək doğru deyil.
“Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Asəf Əliyev bu barədə “Sherg.az”a münasibət bildirərkən xoşagəlməz tendensiyanın uzun illərdir davam etdiyini söylədi:
“Belə hallar tez-tez olur. Bəziləri cəmiyyətdə qazilərə olan hörmətdən sui-istifadə edirlər. Rəhmətlik baş qazimiz Etimad Əsədov sağlığında belələrini yanına çağırır, onlarla söhbətlər edirdi.
Deyirdik ki, dilənirsinizsə, öz adınızdan dilənin. Lakin başa düşmürlər. Bu gün bir yerdə dilənən sabah başqa yerə gedir. Ona görə onlarla mübarizə apamaq çətindir.
Bəzilərindən niyə belə etdiklərini soruşuruq. Cavab bu cür olur: “Çünki pul verirlər”. İndi də xüsusilə həssas məqamdır.
Adımızdan istifadə edənlər daha da artıb. Bəlkə, müvafiq qaydada cəza tədbirləri görməklə nəyəsə nail olmaq olar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya