Son nəfəsinədək döyüşən tankçı ! -“Avtomatla döyüşə atılır və təkbaşına irəli gedir”
Banuçiçək Kalbalıyeva
10:00 25.12.2020
Cəmiyyət
896
“Növbəti minamyot mərmisi Səbuhinin düz yanına düşür. Oğlum yerə yıxılır”
“Yoldaşları yanına çatanda nəfəsinin gəlmədiyini görüb, süni nəfəs verirlər. Özünə gələndən sonra tankla geri qayıdırlar”
“Fəqət Səbuhi çox mübarizə apara bilmir. Döyüş yoldaşlarının qolları arasında keçinir”
Məlum olduğu kimi, Prezident, Ali Baş komandan İlham Əliyev növbəti ad gününü Qubadlıda, əsgərlərlə birlikdə keçirdi. Əlbəttə, bu, rütbəsindən, vəzifəsindən asılı olmayaraq, bütün hərbi qulluqçular üçün sevindici və fərəhləndirici idi. Eyni zamanda 44 günlük Vətən müharibəsi şəhidlərinin, o cümlədən Səbuhi Səmədovun da ruhu şad idi.
Səbuhi 1985-ci il iyun ayının 23-də Neftçala rayonun Xıllı qəsəbəsində anadan olub
. 1991-ci ildə Rafiq Gözəlov adına 1 saylı orta məktəbə daxil olub. 2003-cü ildə həmin məktəbi bitirib və hərbi xidmətə yollanıb. Ağdamın Əhmədağalılar kəndində, N saylı hərbi hissədə xidmət edib. 2005-ci ildə ordu sıralarından tərxis olunub. 2008-ci ildə ildə ailə qurub. Bir oğlu var.
Qəhrəmanımız barədə daha ətraflı isə “Sherg.az”a onun atası İbrahim bəy danışıb:
“Oğlum 2009-cu ildə gizir hazırlıq kursuna daxil olub. Ardınca N saylı hərbi hissədə tank bölüyünün komandiri kimi xidmətə başlayıb. O, 2016-cı ilin aprel döyüşlərində də iştirak etmişdi. Bu barədə əvvəlcədən heç birimizə deməmişdi, sonradan öyrənmişdik. 2016-cı ilin sonlarından Bakı şəhəri Müşviqabad qəsəbəsində N saylı hərbi hissədə fəaliyyətini davam etdirdi. Xidməti boyu 20-dən artıq fəxri fərmanla mükafatlandırılıb.
Həmçinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 və 100 illiyi yubileyi münasibətilə müvafiq medallarla təltif olunub. Hərbidəki fəaliyyətinin 10-cu ilində isə qüsursuz xidmətinə görə fəaliyyəti yüksək qiymətləndirilib.
2020-ci il sentyabr ayının 26-da müharibəyə göndərildi. Sonuncu dəfə oktyabrın 7-də danışmışdıq. Dedi ki, məndən narahat olmayın, hər şey yaxşıdı.
Hər kəsə salam göndərdi. Günortaya isə yaxın isə zəng çatmırdı. Döyüş yoldaşlarının dediyinə görə, o vaxt Səbuhinin tankı vurulmuş, mexaniki şəhid olmuşdu. Səbuhi yaralansa da, döyüşü davam etdirir. Növbəti gün, yəni oktyabrın 8-də başqa tankla müharibədə iştirak edir”.
Atasının dediyinə görə, oğlu son nəfəsinədək mübarizə aparır:
“O, Cəbrayıl rayonunda düşmənin bir tankını və onlarca canlı qüvvəsini məhv edir. Deyilənə görə, ermənilər həmin istiqaməti minamyot intensiv atəşə tuturdu.
Səbuhi isə deyirmiş ki, öldü var, döndü yoxdur! Hətta ritorik sual verirdi: “Ermənilər kimdir, onlardan qorxaq?!”. Beləliklə, yoldaşlarında ruh yüksəkliyi yaradırdı. Komandirinin söylədiyinə görə, Səbuhinin tankında qəfil nəsə nasazlıq yaranır. Ona görə avtomatla açıq döyüşə girir və təkbaşına irəli gedir.
Digərləri ondan çox arxada idi. Növbəti minamyot mərmisi Səbuhinin düz yanına düşür. Oğlum yerə yıxılır. Yoldaşları yanına çatanda nəfəsinin gəlmədiyini görüb, süni nəfəs verirlər.
Özünə gələndən sonra tankla geri qayıdırlar. Fəqət Səbuhi çox mübarizə apara bilmir. Döyüş yoldaşlarının qolları arasında keçinir.
Hərbi hissə rəhbərliyinin sözlərinə görə, oğlum əməliyyatlarda çox böyük şücaət göstərib və son anadək heç kim onun yaralı olduğunu bilməyib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağ Ev Pentaqona İrana zərbələrlə bağlı tapşırıq verdi
02:46 08.10.2026
Son dəqiqə
Tramp FTB-ni həyat yoldaşı və oğlunu izləməkdə ittiham edib
01:21 08.10.2026
Aktual
Qətər sahillərində tankerə zərbə endirildi
00:59 08.10.2026
Gündəm
KİV: İran və ABŞ arasında vasitəçilik səyləri dalana dirənib
00:20 08.10.2026
Aktual
Əgər mənə Nobel mükafatını verməsələr... - Tramp
22:39 07.10.2026
Dünya
Şirvanda 18 yaşlı gənc bıçaqlanıb
22:02 07.10.2026
Hadisə
Sabunçuda hərəkət qismən məhdudlaşdırılacaq
21:37 07.10.2026
Cəmiyyət
Litva Kalininqrad sərhədinə ordu yerləşdirmək istəyir
21:20 07.10.2026
Dünya
Lerikdə iki yol qəzası olub, xəsarət alanlar var
20:40 07.10.2026
Hadisə
Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi
20:31 07.10.2026
Sosial
Prezident Messidən danışdı: İnanılmazdır!
20:23 07.10.2026
Futbol
Zelim Tçkayev: Rəqibim güclü idi, heç bir bəhanə yoxdur
20:12 07.10.2026
İdman
Rusiya Çerniqova hücum etdi: 18 ölü, 55 yaralı
20:04 07.10.2026
Gündəm
Ukrayna beş fərqli atəşkəs formatı üzərində işləyir
19:40 07.10.2026
Dünya
Messidən sonra Argentina millisində 10 nömrə üçün 3 namizəd
19:33 07.10.2026
Futbol