
Sosial şəbəkə cinayətlərinə qarşı cəzalar sərtləşdirilməlidir!
Yusif Nəzərli
12:12 06.09.2023
Cəmiyyət
735
Sosial şəbəkələrdə ayrı-ayrı şəxslərin ünvanına nalayiq ifadələr işlədən Rəşad İsmayılov barəsində Tərtər Rayon Polis Şöbəsinə müraciətlər daxil olub.
R.İsmayılov saxlanılaraq barəsində araşdırma aparılıb və toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə R.İsmayılov 15 sutka inzibati qaydada həbs olunub.
Bu kimi hallarla bağlı hüquqşunas Vüqar Tumasov “Sherg.az”a danışıb. O bildirib ki, sosial şəbəkələr həyatımızın ayrılmaz parçasına çevrilib:
“Böhtan, təhqir olunan şəxslərin hüququ, şərəf və ləyaqətinin qorunması cinayət məcəlləsinin 147 və 148-ci maddələrinə əsasən tənzimlənir. Sonra isə məhkəmə prosesi baş tutur. Qeyd olunan maddələrin arxasında həbs cəzası və ya müəyyən cərimələr dayanır”.

V.Tumasov qeyd edib ki, sosial şəbəkələrə nəzarət etmək çətindir:
“Hazırda hüquq mühafizə orqanları məsələ ilə bağlı tədbirlər görür. Yaxın zamanda tiktoker kimi məşhurlaşan bəzi şəxslər işlətdiyi nalayiq ifadələrə görə həbs olunublar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində göstərilir ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslərin üsərində zor tətbiq olunması ilə və yaxud özgənin əmlakının məhv edilməsi, zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək cərimə tətbiq edilir. İşin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Sözügedən cəza qanunları pozan şəxslərə tətbiq edilməlidir. Nəzərə almaq lazımdır ki, ictimaiyyətin yarısı sosial şəbəkə istifafəçisidir”.
Ekspert həmçinin sosial şəbəkələrlə bağlı müəyyən məhdudiyyətlərin olması təklifini irəli sürüb:
“Düşünürəm ki, pis və ya yaxşı işlədilən hər bir ifadə uşaqların psixologiyasına tez təsir göstərir. 16 yaşından aşağı uşaqların sosial şəbəkədən istifadəsinin əleyhinəyəm. Güclü tədbirlər görülür və belə halların qarşısı ən qısa zamanda alınacaq. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 388-1 maddəsində göstərilir ki, informasiya ehtiyatında və ya kommunikasiya şəbəkəsində yayılması qadağan edilmiş informasiyanın yerləşdirilməsinin qarşısı alınmalıdır. Bu məcəllədə kifayət qədər cəzalər müəyyənləşdirilib. Fiziki şəxslər 500-dən 1000 manatadək cərimələnir. Hesab edirəm ki, sosial şəbəkələrdə insanların şərəfinə xələl yetirəcək söz və ifadələri işlədən şəxslərə qarşı cəzalar sərtləşdirilməlidir”.
Səbinə Elmanqızı
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın dərinliyinə doğru irəliləyirik - General
20:15 04.03.2026
Dünya
Putin Rusiya Silahlı Qüvvələrinin ştat sayını müəyyənləşdirdi
20:07 04.03.2026
Dünya
ABŞ-nin birinci xanımına ETİRAZ
20:02 04.03.2026
Gündəm
“İran regionu xaosa sürükləməyə çalışır” - ŞƏRH
19:57 04.03.2026
Gündəm
Laricani 500-dən çox Amerika hərbçisinin öldürüldüyünü iddia edib
19:38 04.03.2026
Dünya
Türkiyə İran səfirini XİN-ə çağırdı
19:30 04.03.2026
Gündəm
Hasan Oktay: “Xameneidən sonrakı siyahı 24 saata alt-üst oldu”
19:24 04.03.2026
Gündəm
İranla müharibə 2 ay davam edəcək? - Pentaqon
19:21 04.03.2026
Dünya
Pezeşkian: İranın yanında olan hər kəsə təşəkkür edirəm
18:59 04.03.2026
Dünya
Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı
18:41 04.03.2026
Siyasət
Osimhen üçün Bundesliqadan böyük təklif
18:34 04.03.2026
Dünya
Xameneinin varisləri: Yerinə üç nəfərdən biri keçə bilər
18:27 04.03.2026
Region
XİN: İrandan indiyədək 255 Azərbaycan vətəndaşı təxliyə olunub
18:18 04.03.2026
Siyasət
Sumqayıtda 64 yaşlı kişi güllələndi - FOTO
17:55 04.03.2026
Hadisə
Müharibə naziri İranın Trampı öldürməyə çalışdığını iddia edib
17:43 04.03.2026
Dünya