Sosioloq AQTA-nı istefaya çağırır !- Bunun üçün fakt göstərir
Banuçiçək Kalbalıyeva
15:34 04.02.2021
Cəmiyyət
605
“İri mağazalarda günəbaxan yağının litri 1,7 manatdan başlayır. Günəbaxanın kq-ı 2 manatdan bahadır”
“Bu yağı necə və nədən düzəldirlər ki,700 qram günəbaxandan 1 litr yağ çıxara bilirlər? Bu möcüzəyə necə nail olurlar?”
“Sanki bunlar monopolistlərin bazarının genişlənməsinə və kiçik fərdi sahibkarların bazardan çıxarılmasına çalışırlar”
“Altay” Sosial- İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, jurnalist, sosioloq Elçin Bayramlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyini istefaya çağırıb. O, bu barədə özünün “Facebook” səhifəsində yazıb: “Qida Təhlükəsi Agentliyinin rəhbərliyi tam heyətdə istefa verməlidir”.
Həqiqətənmi, bu, şərtdir? Başqa yol yoxdur?
Fikrini “Sherg.az”a izah edən E. Bayramlının sözlərinə görə, AQTA-nın ləğv edilməsi ən ideal variantdır:
“AQTA-nı niyə tənqid etdiyimin səbəbini bilmək üçün dükan-bazardakı vəziyyətə baxmaq kifayətdir. Bu gün qida məhsulları bazarında tam anarxiya, nəzarətsizlik və saxtakarlıq baş alıb gedir.
Satışda olan ərzaq məhsullarının böyük əksəriyyəti saxta, vaxtı keçmiş və ya ən yaxşı halda keyfiyyətsizdir. Bununla bağlı həm mən, həm digərləri on dəfələrlə faktları yazıb, yayıb. Ona görə də indi geniş toxunmuram. AQTA bəzən reydlər edir, nə isə aşkarlayır. Amma bu, satış bazarındakı biabırçılığın heç 0,00001 faizini də əhatə etmir.
Özü də əsasən, kiçik sahibkarlara, kənddən məhsul gətirib satanlara, heyvan gətirib kəsənlərə və s. qarşı. İri istehsalçılara, böyük market şəbəkələrinə isə toxunmurlar. Sanki bunlar monopolistlərin bazarının genişlənməsinə və kiçik fərdi sahibkarların bazardan çıxarılmasına çalışırlar.
Burada sadə və kiçik fakt verim, gedib araşdırsınlar, görək, nədir, necədir- iri mağazalarda günəbaxan yağının litri 1,7 manatdan başlayır.
Günəbaxanın kq-ı 2 manatdan bahadır. Bu yağı necə və nədən düzəldirlər ki,700 qram günəbaxandan 1 litr yağ çıxara bilirlər?
Bu möcüzəyə necə nail olurlar? İstəsələr yüzlərlə belə fakt verərəm, amma hələlik dediyimlə məşğul olsunlar. Baxaq, görək, nə isə edə bilirlərmi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya