Sosioloq narazıdır:“Övladlığa götürməyə dair şərtlər yumşaldılsa...”
Yusif Nəzərli
13:05 28.12.2021
Cəmiyyət
630
“...Böyük statistika ortaya çıxar”
“Müraciət edənlərin sayı da artar. Hesab edirəm ki, uşaqların gələcəyini təhlükə altına atmadan bu məsələlərə baxılsa, daha yaxşı olar”
Milli Məclisin ötən gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə dəyişiklik olunub. Azərbaycanda övladlığagötürmə ilə bağlı yeni qaydalar təsdiq edilib. Dəyişikliklə Məcəllənin 118.20-ci bəndi yeni redaksiyada verilir: “Uşağın övladlığa götürülməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sisteminə ötürülür”. Məcəllənin hazırkı bəndi isə belədir: “Məhkəmə uşağın övladlığa götürülməsi barədə qətnamənin qüvvəyə mindiyi gündən 3 (üç) gün müddətində bu qətnamədən çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərməyə borcludur”.
Qərarı “Sherg.az”a təhlil edən soioloq, “Sağlam Cəmiyyət Hərakatı”nın rəhbəri Lalə Mehralı bildirib ki, bu, qayda dəyişikliyi deyil. Sadəcə burada bəzi sənədlərlə bağlı düzəliş olunub, elektron formaya keçid edilib. Sosioloq hesab edir ki, ümumiyyətlə, övladlığagötürmə prosesi olduqca məşəqqətli və çətindir:
“Bu proses həm də çox uzundur. Yaxşı olar ki, bu sahədə yenilik etsinlər. Bu övladlığa uşaq götürmək istəyən şəxslər üçün də nisbətən əlçatan olar”.
O, həmçinin, qeyd edib ki, bu sahənin ciddiliyini anlayır və dövlətin bu sahədəki ciddi addımlarının uşaqların gələcəyini təminat altına almaq üçün olduğunu bilir:
“Proses mümkün qədər uzundur ki, daha əzmli olanlar və bütün problemləri öhdəsindən rahatlıqla gələn şəxslər övladlığa uşaq götürə bilsin. Amma gəlin nəzərə alaq ki, bu proses çox uzun və incidicidir. Ona görə, ümumilikdə tələb olunan sənədlərə, standartlara yenidən göz gəzdirmək yaxşı olardı. Tək qadın və ya tək kişinin övladlığa uşaq götürməsi ilə bağlı məslələrə yenidən baxılmalı olduğunu düşünürəm”.
Sosioloq müəyyən şərtlər müqabilində övladlıq üçün müraciət edənlərin sayının artacağını düşünür:
“Zənnimcə, bütün bunların fonunda qaydalar və şərtlər yumşaldılsa, övladlığa götürmə ilə bağlı böyük statistika ortaya çıxar. Müraciət edənlərin sayı da artar. Hesab edirəm ki, uşaqların gələcəyini təhlükə altına atmadan bu məsələlərə baxılsa, daha yaxşı olar”.
Çimnaz ŞAHLAR
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət
Sabah Bakının iki rayonunda qaz verilişində fasilə yaranacaq
21:14 03.11.2026
Cəmiyyət
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm