Söyüş söyən deputatlar peyda olub
Fidan Həmişəyeva
07:32 13.08.2021
Cəmiyyət
876
Onlar cəmiyyətə mənfi mesajlar ötürür, hərəkətləri pislənməlidir
Son günlər bəzi deputatların etik davranış qaydalarına əməl etməyib söyüş söyməsi ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Bu mövzuda xüsusilə millət vəkili Etibar Əliyevin adı hallanır. Deputat daha bir qalmaqalla gündəmə gəlib. Bu dəfə o, tanınmış jurnalist Heydər Oğuzla sosial şəbəkədə söz davasına çıxıb. Həm deputat, həm də jurnalist bir-birinə qarşı sərt ifadələr işlədiblər.
Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, “kitabxana.net” portalının təsisçisi, analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov mövzu barədə fikirlərini “Şərq”lə bölüşüb.
Onun sözlərinə görə, bir millət vəkili söyüş söyürsə, cəmiyyətə mənfi mesajlar ötürür və bu hal hər zaman pislənilməlidir: “Millət vəkilləri unutmamalıdırlar ki, onlar xalq tərəfindən müəyyən faiz səs toplayaraq Milli Məclisə seçiliblər. Parlament üzvü dövlətin qanunvericilik orqanının nümayəndəsi sayılır. Qanunvericilik orqanının nümayəndəsi söyüşlə, kobud ifadələr və dava-dalaşla, rüşvət alıb-verməklə məşğuldursa, cəmiyyət kimdən nümunə götürməlidir? Ola bilsin ki, məmur hansısa vətəndaşa qarşı kobud ifadələr işlədib, söyüş söyüb. Məmurlar seçilmir və lazım gəlsə, ani olaraq onları işdən də azad edə, inzibati və cinayət məsuliyyətinə də cəlb edə bilərlər. Lakin deputatlar bunu edirsə, tamamilə fərqli bir situasiya ilə rastlaşmış oluruq. Təcrübə göstərir ki, belə deputatlara qarşı sərt münasibət olub. Ancaq maraqlıdır ki, millət vəkilləri hansısa məmurun maraqlarına zidd gedəndə, məmuru söyəndə həmin dəqiqə onların toxunulmazlığı ləğv edilir. Ancaq xalqı aşağılayan, ayrı-ayrı fərdlərə söyüş söyən millət vəkilləri ilə bağlı addım atıldığını müşahidə etmirik. Sadə vətəndaşlar da baxır görür ki, deputat kobud rəftar edib, söyüş söyürsə, niyə mən də bu addımı atmayım? Bununla da ölkəmizdə cinayətkarlıq artır, dövlət qurumlarına olan inam sarsılır. Tez-tez sosial şəbəkələrdə məmurların belə addımlarına görə vətəndaşların dövlətçiliyimizə olan inamının, sevgi və sayğısının sarsıldığını görürük. Belə idisə, niyə İkinci Qarabağ və ondan əvvəlki müharibədə vətən uğrunda vuruşduq, şəhidlər verdik? Bu baxımdan ehtiyatlı olmaq lazımdır”.
A.X.Əbilov qeyd edib ki, millət vəkilləri, məmurlar və dövlət qurumlarının vəzifəli şəxsləri dövlətin görünən simasıdır:
“Ona görə də onların hər bir hərəkəti və addımı izlənilir. Deputatlar anlamalıdırlar ki, dedikləri söz və etdikləri hərəkətlər onların şəxsi davranışı kimi yox, həm də dövlət nümayəndəsinin mövqeyi kimi qəbul edilir. Söyüş söyüb kimisə vurmaq istəyirlərsə, bu da sözsüz ki, onların haqqıdır. Amma zəhmət çəkib istefa versinlər və sonra nə qədər istəyirlərsə, o qədər də azad hərəkət etsinlər.
Deputatlarımız arasında intellektual olanlar da var, bəzən onları da qızışdırır, təhqir və tənqid edirlər. Ancaq siyasətə baş qoşub, ictimai-publik şəxs olurlarsa, qəbul etməli idilər ki, onları təhqir və tənqid edə bilərlər. Ən azı ona görə ki, vətəndaşlar deputatdan çox şey gözləyirlər, bir çox problemlərin həllində onlara arxayındırlar.
Millət vəkilləri isə etimadı doğrultmaq əvəzinə kimdənsə xoşları gəlmədikləri üçün onları söyürlərsə, vəzifədən uzaqlaşmalıdırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kiyevə milyardlarla avroluq hərbi yardım edilib
22:40 13.08.2026
Gündəm
Tramp: ABŞ İsrailə təzyiq göstərmək imkanlarını araşdıracaq
21:17 13.08.2026
Dünya
Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...
21:02 13.08.2026
Ekologiya
İsrail ordusu Livandakı təhlükəsizlik zonasını tərk etməyəcək
20:28 13.08.2026
Dünya
Tramp: İranla mənasız danışıqlar aparmaq istəmirik
20:20 13.08.2026
Dünya
Rusiya və Ukrayna arasında mülki şəxslərin mübadiləsi baş tutdu
20:09 13.08.2026
Gündəm
Kəlbəcərdə mina partlayıb, xəsarət alan var
20:00 13.08.2026
Hadisə
AQTA-dan bitki yağı idxalçılarına xəbərdarlıq
19:20 13.08.2026
Cəmiyyət
Azərbaycanda cinayət törədən qadınlar sayı artdı
18:59 13.08.2026
Hadisə
Uraloğlu: Bolqarıstan Orta Dəhlizin Avropadakı mühüm tərəfdaşıdır
18:52 13.08.2026
Region
"Mançester Siti" Jeremi Doku ilə müqaviləni uzatdı
18:44 13.08.2026
Futbol
Niderlandın Rotterdam limanında partlayış: Ölən və yaralananlar var
18:15 13.08.2026
Dünya
Çin və Belarus hərbçiləri birgə təlimlər keçirir
18:08 13.08.2026
Dünya
Gürcüstan Rusiya ilə sərhədi bağladı
18:01 13.08.2026
Cənubi Qafqaz