Stansiyanın restavrasiyası: kosmetik dəyişiklik, yoxsa faciədən xilas?
Banuçiçək Kalbalıyeva
11:17 03.03.2021
Cəmiyyət
550
Bəxtiyar Məmmədov: “Lazımi işləri vaxtında görməsək, yarana biləcək faciəyə görə məsuliyyət daşıyırıq”
Natiq Cəfərli: “Dövlət vəsaitinin qeyri- prioritet işlərə sərf edilməsi ciddi tənqid olunmalıdır”
Son iki həftədir Bakı Metropoliteninin “Elmlər Akademiyası” stansiyasının yanından keçəndə ona həm həsrət, həm tə təəccüblə baxıram. İntizarın səbəbi aydındır. Heyrətləndirici məqam isə həyata keçirilən təmir-tikinti işləridir. İlin, ayın bu günündə- hərbçilərin maaşları ilə bağlı problem yaşandığı bir vaxtda həmin metrostansiyanın restavrasiyasına vəsait ayrılması nə qədər prioritet ola bilər ki?
Özü də qapılarının aylardır sərnişinlərə bağlı olduğunu nəzərə alsaq, atılan addım təkcə məni yox, əhalinin böyük əksəriyyətini düşündürür. Metrostansiyaya elə baxmaqla kifayətlənəcəyik?!
Bakı Metropoliteni QSC-in mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov bu barədə “Sherg.z”a açıqlama verdi. Onun sözlərinə görə, həyata keçirilən işlər labüd idi:
“Hər işin öz vaxtı var. Bərpa işlərinin də artıq zamanı çatmışdı. Əgər biz mövcud qaydalara əməl edib, lazımi işləri vaxtında görməsək, yarana biləcək faciəyə görə məsuliyyət daşıyırıq. Restavrasiyanın nə qədər davam edəcəyini dəqiq deyə bilmərəm. Lakin o vaxtadək sərnişindaşıma bərpa olunsa, vətəndaşların təhlükəsizliyi tam təmin ediləcək. Biz bu barədə əvvəlcədən məlumat vermişdik”.
ReAL partiyasının icraçı katibi, iqtisadçı-ekspert Natiq Cəfərli isə məsələyə differensial yanaşmağın tərəfdarıdır:
“Ciddi problem varsa, əlbəttə, təmir-tikinti işlərinin həyata keçirilməsi başa düşüləndir. Lakin söhbət ikinci, üçüncü dərəcəli proseslərdən, o cümlədən dizayndan gedirsə, onda ciddi suallar meydana çıxır.
Çünki Bakı Metropoliteni QSC illərdir ki, ziyana işlədiyini, dövlətdən dotasiya aldığını deyir. Dövlət vəsaitinin qeyri- prioritet işlərə sərf edilməsi ciddi tənqid olunmalıdır. Fəqət, dediyim kimi, əvvəlcə, məsələnin əhəmiyyətlilik dərəcəsi araşdırılmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messidən sonra Argentina millisində 10 nömrə üçün 3 namizəd
19:33 07.10.2026
Futbol
Azərbaycan səfiri etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
19:29 07.10.2026
Gündəm
Qalibaf: İranın müxalifləri ölkədə zorakılıq yaratmağa çalışır
19:03 07.10.2026
Dünya
Polşada məktəbdə bıçaqlı hücum olub, 10 nəfər yaralanıb
19:02 07.10.2026
Hadisə
Ceyhun Bayramov: “Orta Dəhlizin beynəlxalq ticarətdə rolu artır”
18:46 07.10.2026
Gündəm
BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib
18:15 07.10.2026
Dünya
Kobaxidze: Gürcüstan Ukrayna və Moldovadan min addım irəlidədir
17:56 07.10.2026
Dünya
Hörmüz boğazı bağlanarsa, İran iqtisadi çöküşlə üzləşəcək - ŞƏRH
17:45 07.10.2026
Aktual
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb
17:23 07.10.2026
Sosial
Belarus MDB öllkələrinə çağırış etdi
17:06 07.10.2026
Dünya
Rubio: İran Hörmüz boğazına nəzarəti tamamilə itirib
16:39 07.10.2026
Dünya