Tahir Kərimli: “Ailə üzvlərimə güllə atılmışdı”
Yusif Nəzərli
14:37 29.03.2023
Cəmiyyət
581
“Fazil bəyin başına gələnlər olduqca ciddi hadisədir. Bilirsiniz ki, o, çox ciddi, sözü açıq deyən adamdır. Hər zaman tənqid edilən tərəf bu terroru törədə bilər. Amma üçüncü tərəf də vəziyyəti gərginləşdirməkdən ötrü belə bir sui-qəsd törədə bilər. Dövlətimizə inanırıq ki, çox kəskin şəkildə hüquqi, siyasi müstəvidə bunun cavabı veriləcək.
Biz də gizləmirik, hadisədən çox təsirlənmişik. Hesab edirəm ki, müvafiq qanunda nəzərdə tutulduğu kimi, deputatlara silah verilməsi və onların təhlükəsizliyinin təmin olunması vacibdir. İnanırıq ki, dövlətimiz buna daha ciddi diqqət yetirəcək. Mən buna çağırıram. Heç kimə sirr deyil ki, tənqid edən deputatların özləri də, ailələri də səksəkədə yaşayır, narahat olurlar. Bəzən normal insan həyatı sürmürlər…”
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.
Deputat bildirib ki, İsmayıllıya gedəndə, demək olar, evdən çölə çıxmır:
“Vacib işim olmayanda Bakıda da tədbirlərə, işə və digər yerlərə çıxmıram. Yəni normal insan fəaliyyətinin 90%-i ilə məşğul deyiləm. Bilirsiniz ki, korrupsionerləri əjdahaya oxşadıb, onları məhv etməyə çağırandan sonra mənə qarşı təhdidlər oldu. Gəlib qapımızın ağzına əjdaha fiquru qoydular. Qeyd də yazmışdılar ki, bu əjdaha səni öldürəcək. Biz bunu bilə bilmərik. Mənim və qonşularımızın etirazına baxmayaraq, binamızın üçüncü mərtəbəsində hostel açdılar. Hətta adını “hotel” qoydular. Dəfələrlə tələb etməyimizə baxmayaraq, gücümüz çatmır. Hər gün yad adamlar pilləkənlə çıxıb-düşürlər. Nəzarət edə bilmirik. Bütün qonşuların narazılığını kiminsə maddi istəyi üstələyir. Açıq deyim, ailə üzvlərim belə, bəzən baxırlar ki, görəsən, pilləkəndə yad adam var, ya yox. Yəni insanların həyatı təhlükə altındadır.
Təəssüf edirəm ki, əjdaha fiqurunu nümayiş etdirib, qorxmadığımı ifadə edəndən sonra məni necə təhqir etdilər, məsələni lağ obyektinə çevirdilər. Halbuki məsələ nə qədər ciddidir. Deməyim budur ki, bir sıra deputatlar normal həyat yaşamaqdan məhrumdurlar. Mən bundan çəkinmirəm, qorxmuram.
1990-cı illərdə başım çox çəkib. Hətta evlərimizə dəmir məhəccər vurmuşduq, ailə üzvlərimə güllə atılmışdı. Başımız çox çəkib, bunu yaşamışıq. Fazil bəyin başına gələn hadisədən istifadə edib, öz məsələm barəsində danışmaq istəməzdim. Şükür ki, Fazil Mustafanın səhhəti yaxşıdır. Ailəmlə birlikdə hamımız hədsiz həyəcan keçirmişik. Tədbirlə bağlı rayona getmişdim, təcili qayıtdım. Amma Fazil bəylə görüşmək mümkün deyil. Allahın izni ilə sağalıb, xəstəxanadan çıxacaq. Fazil bəyin prinsipial, savadlı insan olması bizim üçün məğrurluq mənbəyidir. Narahat olmasın, hamımız Fazil bəyin yanındayıq, onu müdafiə edirik. İnsanlar da bilsinlər ki, siyasi dünyagörüşünə, nifrətə görə belə qanundankənar hərəkətlər edilməsi yolverilməzdir və dövlətimiz bunun cəzasını mütləq verəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat