
Taksi çatışmazlığı: Bu qiymətlərə də təsir göstərir -AÇIQLAMA
09:55 03.06.2024
Cəmiyyət
550
Bakıda taksi xidmətləri ilə bağlı yeni qaydaların tətbiqinə bir aya yaxın vaxt qalmasına baxmayaraq, artıq bir neçə gündür qiymətlərdə bahalaşma başlayıb.
Axar.az xəbər verir ki, 1 iyundan bütün taksi xidmətlərində 50% civarında artım müşahidə edilir.
Qeyd edək ki, 1 iyuldan taksi xidmətləri ilə bağlı yeni qaydalar qüvvəyə minəcək. Artıq bir müddətdir taksi şirkətləri yeni qaydaların tətbiqinə hazırlıqlara başlayıb. Bu isə ixtisarlara, bəzi taksi şirkətlərinin bağlanmasına səbəb olub ki, nəticədə təklif azalıb.
Xatırladaq ki, yeni qaydaların tətbiq olunmasının əsas səbəblərindən biri də Bakıda taksilərin sayını azaltmaqdır və AYNA bu hədəfinə nail olmaq üzrədir.
Nəqliyyat eksperti İlqar Hüseynli "Sherg.az"a bildirib ki, taksi xidməti özəl sektorun payına düşdüyünə görə qiymətlərin tənzimlənməsi də xidməti həyata keçirən şirkətin qərarıdır:

“İyul ayının 1-dən yeni qaydalar qüvvəyə minir. Müxtəlif sayda taksi avtomobil nəqliyyat vasitələri ili köhnə olduğu üçün xəttdən çıxarılmaq məcburiyyətindədir. Bakı şəhərində yeni taksi xidmətləri rənginə və ilinin 8 ildən çox olmaması şərti ilə fəaliyyət göstərəcək. Bunların hər biri özəl xidməti həyata keçirən şirkətin xərclərinə və maliyyə durumunun dəyişməsinə təsir göstərir. Qadağa və qaydaların qarşılığında taksi şirkətləridə artıq öz xidmətlərində artım etmək məcburiyyətində qalırlar. Bu artıq gözlənilən bir haldır. Öncədən planlaşdırılan, qərar qəbul olunursa, xidməti həyata keçirən şirkət 2 ay sonra onu nələr gözləyəcəyini proqnozlaşdıraraq qərar qüvvəyə minməmişdən artıq qiymət siyasətində dəyişikliklər edir. Tarif şurası tərəfindən tənzimlənməyən xidmət sektoru olduğuna görə şirkətlər və taksi xidmətini həyata keçirən şəxslər qabaqlayıcı tədbirlərini görərək qiymətləri artırırlar. Biz 1-2-3 manat olan taksi qiymətlərinə vərdiş etmişdik. Əvvəl taksi sifariş edən zaman həmin ərazidə dərhal taksi tapılırdı. İndi isə bəzən 15-16 taksi xidməti yerinə yetirməkdən imtina edir. Taksi xidmətində ərazilər üzrə çatışmamazlıqlar müşahidə edilir. Bu isə taksi xidmətinin qiymət siyasətinə ciddi şəkildə təsir göstərir.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşdü
19:02 24.09.2026
Siyasət
Si Cinpin: Çin və ABŞ tarixi məsuliyyət daşıyır
18:55 24.09.2026
Dünya
Moldova NATO-ya üzv olmaq istəmir
18:26 24.09.2026
Dünya
Ceyhun Bayramov albaniyalı həmkarı ilə görüşdü
18:18 24.09.2026
Siyasət
Putin Fransadakı səfiri vəzifəsindən azad edib
18:07 24.09.2026
Gündəm
Ermənistanın Aİ-yə üzvlüyü avtomatik baş verməyəcək - ŞƏRH
17:56 24.09.2026
Gündəm