
Tədqiqatçı: Miqdardan artıq ət istehlakı, sağlamlıq problemlərinə səbəb ola bilir
09:05 30.08.2024
Cəmiyyət
465
Ötən il Azərbaycanda bütün növ ət və ət məhsullarının illik istehlakı adambaşına 43.5 kiloqram olub. Bu isə 2022-ci illə müqayisədə 1.4 kiloqram çoxdur.
“Sherg.az” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il ölkədə adambaşına 16.9 kq mal əti, 9.2 kq qoyun və keçi əti, 1 kq donuz əti, 16.4 kq quş əti istehlak edilib. Beləliklə, Azərbaycanda ayda adambaşına 2.3 kq mal və qoyun əti, 1.4 kq isə quş əti yeyilib.
Qeyd edək ki, hesabat dövründə 258.8 kq süd və süd məhsulları, 189 ədəd yumurta, 8 kq isə balıq əti istehlak edilib.
Xatırladaq ki, bu dövrdə Azərbaycanda özünü təminetmə səviyyəsi, bütün növ ət və ət məhsulları üzrə 85.3%, süd məhsulları üzrə 84%, yumura üzrə 102.2%, balıq və balıq məhsulları üzrə isə 75.4% olub.
Məsələ ilə bağlı danışan təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev "Sherg.az"a deyib ki, son illərdə Azərbaycanda ət istehlakı əhəmiyyətli dərəcədə artmaqdadır:

''Statistikadakı artım Azərbaycan xalqının qidalanmasında ətin xüsusi rolunu əks etdirir. Yəni ətin mətbəximizdə mühüm yeri var. Milli yeməklərin əksəriyyəti qırmızı ət və toyuq məhsullarından hazırlanır. Ənənəvi qidalanma tərzi ilə yanaşı, ölkənin iqtisadi inkişafı və alıcılıq qabiliyyətinin yüksəlməsi də insanların daha çox ət almaq imkanlarını artırıb. Qeyd etmək lazımdır ki, ət zülal və müxtəlif mikroelementlərin zəngin mənbəyi kimi dəyərli qida maddəsi hesab olunur. Lakin mütəxəssislər tərəfindən tövsiyə edilən miqdardan artıq ət istehlakı, sağlamlıq problemlərinə səbəb ola bilir. Ətin çox istehlakı ürək-damar xəstəlikləri, xərçəng, şəkərli diabet və piylənmə kimi xəstəliklərin riskini artırır. Xüsusilə işlənmiş ət məhsulları, məsələn, kolbasa və sosiska, daha yüksək miqdarda duz, konservantlar və digər zərərli maddələr ehtiva edir ki, bu da sağlamlıq üçün təhlükə yara bilir. Azərbaycanda ət istehlakının balanslaşdırılması və müxtəlif qidaların rasiona daxil edilməsi vacibdir''.
Ekspert vurğulayıb ki, qırmızı ətin qəbulu həftədə 2-3 porsiya ilə məhdudlaşdırmaq və qida rasionuna daha çox balıq, toyuq əti, paxlalılar və tərəvəzlər daxil etmək daha faydalı olar.
''Bununla yanaşı, müxtəlif bitki mənşəli protein mənbələri olan noxud, mərcimək və lobya kimi qidalanmada əhəmiyyətli rol oynaya bilər. Bu sağlam qidalanma ilə yanaşı, həm də mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırmağa kömək edir. Ölkəmizdə qidalanma ilə bağlı maarifləndirici kampaniyaların və sağlam qidalanma vərdişlərinin təşviqi əhəmiyyətlidir. İnsanlara balanslı qidalanma prinsipləri, nə qədər və hansı növ ət istehlak etməli olduğumuz barədə məlumat vermək, gələcəkdə sağlamlıq problemlərinin qarşısını almaq üçün vacib addımlardan biridir''.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Traktor" Qətər klubu ilə qarşılaşacaq
20:05 04.02.2026
Futbol
Rusiya hərbi nümayəndə heyəti Suriyaya gedib
19:42 04.02.2026
Dünya
“Washington Post” əməkdaşların kütləvi ixtisarına başlayır
19:30 04.02.2026
Media
Ürək köçürülməsi tarixi uğurdur, ancaq... - TƏHLİL
19:24 04.02.2026
Sağlamlıq
Türkiyə Rusiyanı Suriyadan uzaqlaşdırır - Uilson
19:22 04.02.2026
Dünya
Media buraxılmırsa, deməli ciddi razılaşma yaxındır - Ekspert
19:08 04.02.2026
Gündəm
Prezident: Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq
18:37 04.02.2026
Dünya
Son 4 ayda 4 rekord: Mask dünyada ilkə imza atdı
18:24 04.02.2026
Dünya
Türkiyə üçün Pəhləvinin önə çıxarılması risklidir - RƏY
18:19 04.02.2026
Gündəm
Mehriban Ələkbərzadəyə vəzifə verildi
17:42 04.02.2026
Media
“Sərhəddə gərginlik yox, sülh üstünlükdədir” - ŞƏRH
17:39 04.02.2026
Gündəm
Tramp İranla danışıqları dayandıra bilər
17:23 04.02.2026
Gündəm