“Teknofest Azərbaycan” Festivalına RİİB könüllüləri dəstək verəcəklər
Yusif Nəzərli
16:33 11.05.2022
Cəmiyyət
441
“Teknofest Azərbaycan” nümayəndəliyi və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanmış əməkdaşlığa dair memoranduma əsasən, 26-29 may tarixlərində Bakıda keçiriləcək “Teknofest Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya Festivalı çərçivəsində iştirakçıların qarşılanması, yönləndirilməsi, məlumatlandırılması və digər təşkilati işlərin icrasına 270 nəfərdən çox RİİB könüllüsü dəstək verəcək.
"Sherg.az" xəbər verir ki, bu barədə “Regional İnkişaf” İctimai Birliyi məlumat yayıb.
Bildirilib ki, “Regional İnkişaf” İctimai Birliyi tərəfindən festivalda xidmət göstərəcək könüllülərin seçimi artıq başa çatıb və hazırda onlar müvafiq təlimlərdən keçirlər.
Xatırladaq ki, “Teknofest Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya Festivalı “Türkiyə Texnologiya Komandası” - T3 Fondu, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə cari ilin 26-29 may tarixlərində "Bakı Kristal Zalı" və Dənizkənarı bulvar ərazisində keçiriləcək.
“Teknofest Azərbaycan” çərçivəsində 8 kateqoriya üzrə texnologiya müsabiqələri, “Smart Qarabağ” Hakatonu, “Take Off” Azərbaycan Startap Sammiti və “Rocket League” video oyunu üzrə Avropa Kiber İdman Kuboku təşkil olunacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya