Təlimlərin hədəfi: “Ordumuzda dünya ordularının təcrübəsi tətbiq olunur”
Fidan Həmişəyeva
15:25 17.05.2021
Cəmiyyət
806
Ali Baş Komandan İlham Əliyevin təsdiq etdiyi plana əsasən, mayın 16-dan Azərbaycan Ordusunda qoşun növlərinin cəlb edilməsi ilə təlimlər keçirilir.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, müdafiə nazirinin rəhbərliyi ilə keçirilən təlimə 15000 nəfərədək şəxsi heyət, 300-dək tank və digər zirehli texnika, 400-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri, minaatan və tank əleyhinə vasitələr, 50-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub.
Hərbi ekspert İbrahim Rüstəmli “Sherg.az”a açıqlamasında bildirib ki, keçirilən bütün hərbi təlimlər ordu həyatının bir tərkib hissəsidir:
“Çünki təlimlər ordumuzun əsas iş prinsipini təşkil edir. Bütün dünya praktikasında hərbi təlimlər planlaşdırılmış şəkildə həyata keçirilir. Yalnız nadir hallarda plandan kənar təlimlərə də start verilir. Ordumuzun formalaşmasında silahlı qüvvələrin döyüş hazırlığının artırılmasında hərbi təlimlərin müstəsna rolu var. Məlumdur ki, ordumuzun şəxsi heyəti zaman-zaman dəyişir, həmin heyətlə də mütəmadi təlimlər keçirilir”.
İ.Rüstəmli qeyd edib, hərbi təlimlərinin əsas və yeganə məqsədi döyüş hazırlığı səviyyəsini yüksəltməkdir:
“Son dövlər Azərbaycan Ordusunun həyata keçirdiyi təlimlərin ən müsbət tərəfi odur ki, bu hazırlıqlarda dünya praktikasındakı məqamlar yer alır. Dünya ordularının təcrübəsindən əldə olunan uğurların ordumuzda tətbiqi mühümdür. Təbii ki, bu da Azərbaycan Ordusunun uğurlarında müstəsna rola malikdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə