“Tik Tok” uşaqlar üçün qadağan olunmalıdır? - RƏYLƏR
10:45 01.01.2023
Cəmiyyət
869
"Mütləq uşağın internetdən, telefondan, xüsusən sosial şəbəkələrdən istifadəsinə müəyyən saat aralığında icazə verilməlidir"
Milli Məclisin deputatı Elşad Mirbəşir Azərbaycanda azyaşlıların “TikTok” sosial şəbəkəsinə daxil olunmasının qanunvericiliklə qadağan olunmasını təklif edib.
Sherg.az-ın məlumatına görə, deputat parlamentin plenar iclasında çıxışı zamanı bildirib ki, “TikTok” gələcək nəslin məhvinə yönəlib:
“Buna görə də təklif edirəm ki, qanunvericilik formasında azyaşlıların “TikTok”a çıxışı qadağan olunsun. Son dövrlərdə Azərbaycan xalqının mənəvi-əxlaqi dəyərlərə zidd olan kontent formalaşır. Bununla əlaqədar vətəndaş cəmiyyəti, məktəb, valideyn-məktəb işbirliyi səviyəsində bu məsələyə xüsusi diqqət yetirilməlidir. Aparılan tədqiqatlarla həmin sosial şəbəkəyə girənlərin 60 %-i 16-24 yaş arasında olan şəxslərdir. Xüsusilə də azyaşlılar daha çox istifadə edirlər. Bu məsələ mütləq nəzarətə götürülməldir. Misal olaraq, Çində, Hindistanda, Amerikada məhkəmənin qərarı ilə müəyyən müddət aralağında “TikTok”un fəaliyyəti məhdudlaşdırılır. Ona görə də gələcək fəaliyyətimizdə parlament çərçivəsində buna diqqət yetirək”.
Qeyd edək ki, Çin hökuməti uşaq və yeniyetmələrin "Tiktok"a girməsinə birbaşa nəzarət edir və 15 yaşdan aşağı uşaqların gündə cəmi 40-45 dəqiqə bu platformaya çıxışı var.
Pakistan, Dubay, Səudiyyə Ərəbistanı, böyük müsəlman dövlətləri, eləcə də Yaponiyada "Tiktok"a ancaq xüsusi "VPN" vasitəsilə daxil olmaq mümkündür.
Uşaqların "TikTok"dan istifadəsinə münasibət bildirən İKT eksperti Osman Gündüz ölkəmizdə uşaqların zərərli informasiyalardan qorunması haqqındakı müvafiq qanunu xatırladıb. Onun sözlərinə görə, məhz bu kimi qanunvericilik bazasının müddəalarına görə “Tik Tok” uşaqlar üçün qadağan olunmalıdır: "Yəni “TikTok”da uşaqların psixologiyasına, əqli inkişafına təsir edəcək, səhv qərarlar verməsinə yola açacaq kifayət qədər informasiyalar var.
İnkişaf etmiş ölkələrin əksəriyyətində uşaqların internetdə təhlükəsizliyinin qorunması üçün yetərincə addımlar atılıb, mexanizmlər müəyyən olunub. İnkişaf etmiş ölkələrin əksəriyyəti uşaqların internetdən istifadədə olan problemləri 5-10 il öncə hökumət, provayderlər, vətəndaş cəmiyyəti, valideynlər, uşaq təşkilatları, təhsil sahəsi birləşib həll ediblər. Buna görə də həmin ölkələrdə “TikTok” o qədər də təhlükə törətmir. Amma Azərbaycanda hələ ki bu problemlər indi işıqlandırılır. Bir nüansı qeyd edə bilərəm ki, biz bu problemi təhsildə həll etmişik. Necə Avropa bu problemi cəmiyyətdə həll edibsə, biz də təhsildə həll etmişik. Bütün təhsil sektoruna gedən internet xüsusi proqram təminatı ilə süzgəcdən keçirilir”.
Klinik psixoloq Narınc Rüstəmova isə son vaxtlar ölkədə populyarlıq qazanan bu proqramın faydasından daha çox mənfi təsirlərinin olduğunu deyib: ""Tik-Tok” videoları uşaqları şiddət, söyüş, bayağı ifadələr, cinsəllik, cinsi və psixi istismar və s. kimi yollara sürükləyə bilir. Uşaqlar bu cür videoları çox rahatlıqla çəkib paylaşa bilirlər. İstifadəçilərin məxfi kimlik bilgilərini ələ keçirmək bu proqramda daha asandır. Uşaq və yeniyetmələrimiz bir tərəfdən də bu yolla təhlükəli, psixopat insanların təsirinə məruz qala bilərlər”. N.Rüstəmovanın sözlərinə görə, valideynlər bu proqramların müxtəlif filtrləmə, istifadəni məhdudlaşdırma funksiyalarını öyrənib onları aktiv etsələr daha yaxşı olar: "Bununla bir az da olsa balalarımızı sosial medianın mənfi təsirlərindən qoruya bilərik. Ən yaxşı versiyalardan biri kimi uşaqlarla birlikdə bu proqramlardan istifadə edə bilərik. Birlikdə videolar çəkmək, şəkillər hazırlamaq və s. faydalı olar. Bu yolla onları nəzarətdə saxlamaq daha rahat olacaqdır. Mütləq uşağın internetdən, telefondan, xüsusən sosial şəbəkələrdən istifadəsinə müəyyən saat aralığında icazə verilməlidir. Bunu isə öncədən uşaqla uyğun bir dillə danışmaq lazımdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm
Azərbaycan və Tacikistan Məkkə Konvensiyasını imzalayıb
18:04 28.10.2026
Gündəm
Azərbaycanda aliment artırılacaq
17:57 28.10.2026
Sosial
TRIPP Ermənistanın sülhə gedən yolunu qısaldır - ŞƏRH
17:36 28.10.2026
Cənubi Qafqaz
Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı
17:20 28.10.2026
Gündəm
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
17:12 28.10.2026
Aktual
Azərbaycanda 17 min manata pişik satılır - FOTO
16:42 28.10.2026
Maraqlı
Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb
16:38 28.10.2026
Aktual
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
16:21 28.10.2026
Hadisə
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət